Azəri
Friday 19th of July 2024
0
نفر 0

İraqın sünni şeyxi "Əl-Əzhər" şeyxinin iddiasına cavab verib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Sünni Alimlər Birliyi "Əl-Əzhər" şeyxinin iddiasına reaksiya göstərdi
İraqın sünni şeyxi "Əl-Əzhər" şeyxinin iddiasına cavab verib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Sünni Alimlər Birliyi "Əl-Əzhər" şeyxinin iddiasına reaksiya göstərdi

Xalid əl-Məllanın rəhbərlik etdiyi İraq Sünni Alimlər Birliyi Misirin "Əl-Əzhər" Universitetinin şeyxi Şeyx Əhməd Tayyibin İraqda İŞİD-lə mübarizə aparan İraq Xalq Könüllü Dəstələrinin sünni bölgələrində qətliam törətmə iddiasına reaksiya göstərib.

"Əl-Əzhər" Universitetinin İslam aləmində tutduğu roldan bəhs edilən ifadələrlə başlayan açıqlamada belə qeyd olunub: "Əl-Əzhər" bəlkə bilmir, amma İraq Xalq Könüllü Dəstələri təkfirçi struktur deyil; Şiə və sünnilərdən ibarət olan bir quruluşdur. Xalq Birliklərinə mənsub şiə və sünni döyüşçülərin əksəriyyəti sünni bölgələri İŞİD-dən azad etmək məqsədilə birlikdə döyüşür". "Əl-Əzhər" şeyxinin açıqlamasındakı ittihamların həqiqəti əks etdirmədiyini bildirən İraq Sünni Alimlər Birliyi, "Bu məlumatların əsaslandığı mənbələr, İŞİD-in cinayətləri qarşısında susqunluğunu pozmayan dairələrdir və məqsədləri ictimaiyyətin beynini çaşdırmaqdır", - deyə qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment