Azəri
Thursday 25th of July 2024
0
نفر 0

Qadının (hicablı ya hicabsız) naməhrəm qarşısında oxumasının hökmü nədir?

Sual:
Qadının (hicablı ya hicabsız) naməhrəm qarşısında oxumasının hökmü nədir?

   Sual:

 Salamun aleykum!

 Hicablı xanımların kişilər qarşısında yəni naməhrəmlərin qarşısında musiqi oxumasının hökmü nədir? Soruşulanda deyirlər ki, bizim şifahi icazəmiz var, biri deyir ki, rəhbərdən yazılı məktubumuz var ki, icazə verib,və bunun kimi şeylər dəlil gətirirlər.

Əvvəlcədən təşəkkürlər.

 

   Cavab:

 Və əleykum səlam və rəhmətullah.

 Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:

(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.

(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.

Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.

Vəssəlamu əleykum və rəhmətullahi və əbərəkatuh

Allah amanında. Xuda hafiz.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏYA İSLAMIN LİBASIDIR
VƏHHABİLİK (6)
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri
MATURİDİYYƏ MƏZHƏBİ (2)
Ayətullah əl-uzma Safi Gülpayiqani Məşhəddə keçirilən “Sınmış inci” ...
111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?

 
user comment