Azəri
Friday 19th of July 2024
0
نفر 0

Banqladeş Xalq Cumhuriyəti Cəmaət İslami partiyasının liderini edam etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 11 Aprel, 2015 tarixdə yerli vaxtla 20:00 radələrində Banqladeş Cəmaət İslami partiyasının lideri Muhəmməd Qəmər Zaman 1971- ci ildə baş verən müharibədə kütləvi qırğınlar törətməkdə təqsirli bilindiyi üçün edam olunub.
Banqladeş Xalq Cumhuriyəti Cəmaət İslami partiyasının liderini edam etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 11 Aprel, 2015 tarixdə yerli vaxtla 20:00 radələrində Banqladeş Cəmaət İslami partiyasının lideri Muhəmməd Qəmər Zaman 1971- ci ildə baş verən müharibədə kütləvi qırğınlar törətməkdə təqsirli bilindiyi üçün edam olunub.

Vəkil Şişir Munir də, müvəkkili Muhəmməd Qəmər Zamanın edam xəbərini təsdiqləyərək bildirib: “Muhəmməd Qəmər Zaman əfv olunması ilə əlaqədar ölkə prezidentinə müraciət etməkdən çəkindiyi üçün onun edam hökmü icra olundu.”

Qeyd edək ki, Banqladeş Xalq Cumhuriyyəti Pakistan meyilli yarımhərbiçi dəstələrin başçılarından biri olan Muhəmməd Qəmər Zamanı 1971 –ci ildə ölkənin müstəqilliyi zamanı minərlə banqladeşlini oğurlayıb işgəncələr verib, kütləvi sürətdə insanları öldürməkdə ittiham edib.

Xatırladaq ki, Banqladeş 12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757-1905-ə kimi isə işğalçı ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti kimi tanınan bu ərazi 1969-cu ilə kimi Pakistanın tabeçiliyndə qalmaqda davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başladığı zaman həmin ilin dekabrında başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucib-ür-Rəhman'ın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir.


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...

 
user comment