Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Qobustan həbsxanasına salınan AİP Lideri və digər məhbusların hüquqları hər gün pozulur

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hacı Mövsüm Səmədov vəkili Anar Qasımlı ilə görüşüb.
Qobustan həbsxanasına salınan AİP Lideri və digər məhbusların hüquqları hər gün pozulur

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hacı Mövsüm Səmədov vəkili Anar Qasımlı ilə görüşüb.

İslaminsesi.org-un müxbiri vəkil Anar Qasımovla əlaqə yaradaraq hacı Mövsümün durumu ilə maraqlanıb.

Vəkilin sözlərinə görə, müvəkkilinin səhhəti ilə bağlı ciddi şikayəti olmayıb.

- Görüş zamanı onda hansısa narahatlıq hiss etdinizmi?

- Bilirsiniz, hacı mənəvi cəhətdən çox güclü insandır. Problemi olsa belə onu biruzə verməməyə çalışır. Əsas narazılığı isə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz olması, cərəyən edən hadisələrlə bağlı məlumatsız qalmasıdr.

Bilirsiniz ki, ciddi rejimli qapalı Qobustan həbsxanasında ona qəzet və jurnalların verilməsi qadağan olunub. Mənimlə söhbətində ilk növbədə son yeniliklərlə maraqlandı, dostlarına və yaxınlarına salam göndərdi.

- Siz Mövsüm Səmədovun məhkəmə sənədlərini Avropa məhkəməsinə təqdim etmisiniz. Bu istiqamətdə hansısa müsbət yenilik varmı?

- Biz Avropa məhkəməsinə onunla bağlı iki iş göndərmişik, bir iş üzrə komunikasiya mərhələsi başa çatıb, veriləcək əsas qərarı gözləyirik, o biri işlə ələqədar isə hələ ki, mühüm prosedurlar başlamayıb. Ümid edirik ki, yaxın zamanda bu məsələ ilə bağlı müsbət yenilik eşidəcəyik.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment