Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İŞİD "Taliban"a qarşı cihad elan etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, terror təşkilatları bir-birinə qarşı cihad elan ediblər Əfqanıstanda fəaliyyət göstərən İŞİD terror təşkilatının qolu və "Taliban" terror təşkilatı qarşılıqlı olaraq bir-birinə cihad elan edib.
İŞİD "Taliban"a qarşı cihad elan etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, terror təşkilatları bir-birinə qarşı cihad elan ediblər Əfqanıstanda fəaliyyət göstərən İŞİD terror təşkilatının qolu və "Taliban" terror təşkilatı qarşılıqlı olaraq bir-birinə cihad elan edib.

Helmend regionunun polis rəisi Nəbi Yan Mullahil bu barədə məktubların ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. "Khaama Press"in məlumatına əsasən, Mullahil "Taliban"a qarşı mübarizə aparan yeni qruplar hökumət və Taliban nümayəndələri arasında sülh danışıqlarını uğursuzluğa məruz qoymaq üçün bəzi xarici xüsusi xidmət orqanlarının dəstəyindən faydalanır", -deyə qeyd edib. İki terror təşkilatı arasında qarşıdurmanın İŞİD lideri Əbu Bəkr Bağdadinin "Taliban"ın rəhbəri Molla Məhəmməd Ömərə qarşı, "nə mənəvi, nə də siyasi etimadı olmayan, axmaq və cahil bir komandir" ifadəsindən istifadə etməsindən sonra başladığı bildirilir. Buna cavab olaraq "Taliban" lideri heç bir üzvünün İŞİD bayrağı altında döyüşməyəciyini və bu təşkilatın bayraqlarının heç zaman Əfqanıstan torpaqlarında dalğalanmayacağını söyləmişdi. Hələ ki, terror təşkilatlarına mənsub terrorçuların bir-birilərinə qarşı vuruşduğu barədə hər hansı məlumat yoxdur.

Digər tərəfdən, "Taliban" ölkənin şərqində yerləşən Cəlilabad şəhərində aprelin 17-də İŞİD tərəfindən törədilən terror aktını pisləmişdi. Baş verən terror aktında 35 nəfərdən çox mülki şəxs həyatını itirmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment