Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, soy kökü Xeybər yəhudilərinə çatan vəhhabi əqidəli Səud sülaləsinin Yəmənə təcavüzləri səngimir. Belə ki, cinayətkar rejimin qırıcı təyyarəli Yəmənin İmran əyalətində Hus bazarına havadan endirdiyi zərbələr nəticəsində Şəhid olanların sayı 41 nəfərə çatıb.
Təcavüz nəticəsində xeyli sayda günahsız insanlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar. Onlardan bir çoxlarının durumunun ağır olduğu bildirilir.
Yəmənli resursların bildirdiyinə görə hadisə qurbanlarından 6 nəfərin kimliyi hələ də dəqiqləşdirilə bilinməyib. Qeyd olunan 6 Şəhid avtomabil daxilində olarkən Hus bazarı yaxınlığında Səudiyyə qırıcıları tərəfindən raketlə vurulub.
Qeyd edək ki, artıq 3 həftədir ki, Səud rejimi sionist qüvvələri başda olmaqla BMT-nin yardımları ilə Yəmənə təcavüzə edərək, bu ölkəni işğal etməyə zəmin yaradır.