Azəri
Sunday 19th of May 2024
0
نفر 0

Ərəbistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Yəmən paytaxtı Səna beynəlxalq aeroportunda İran təyyarəsinin enməsinin qarşısını almağa etiraz əlaməti olaraq İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Ərəbistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Yəmən paytaxtı Səna beynəlxalq aeroportunda İran təyyarəsinin enməsinin qarşısını almağa etiraz əlaməti olaraq İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

 Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili cümə axşamı günü ikinci dəfə olaraq İran XİN-ə çağırılıb və İran İslam Respublikasının Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin İranın humanitar yardım aparan təyyarəsinin Səna aeroportuna enməsinin qarşısını almaların sərt etirazı ona bildirilib.

İran XİN-in Fars Körfəzi İdarəsinin baş direktoru Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşdə deyib: İran Yəmən xalqına dərman preparatı və yaralıları Sənaya nəql edən Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları və uçuş personallarının canını təhlükəyə atan Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin hərəkəti heç bir vəchlə qəbul etmir və onu insan meyarları və beynəlxalq aeronavtika qanunlarına zidd davranış hesab edir.

İran XİN-in Fars Körfəzi İdarəsinin baş direktoru Yəmən xalqına humanitar yardım və son bombardmalar nəticəsində yaralananların müalicəsi və nəqli üçün İran İslam Respublikasının səylərinin davam edəcəyini vurğulayaraq Yəmənə hava hücumların dərhal dayandırılması və qeyri-insani mühasirəyə son qoyulması, eləcə də hazırkı dalandan xilas olmaq üçün yeganə həll yolu olan yəmənli-yəmənli danışıqların başlanmasına şəraitin yaradılmasına ümidvarlıq edib.

Ərəbistan qırıcı təyyarələri çərşənbə axşamı günü İranın humanitar yardım aparan təyyarəsinin Səna aeroportuna enməsinin qarşısını alaraq bu aeroportun 3-cü eniş zolağını və əl-Hədidə aeroportunu bombaladılar.

Bundan öncə ötən cümə axşamı günü Tehranda müalicə almış yəmənli yaralılardan 95 nəfəri aparan İran təyyarəsi su, ərzaq və dərman preparatlarına şamil humanitar yardımalrla birlikdə Mehrabad hava limanından Sənaya yola düşmüş və 5 saat uçuşdan sonra səudiyyəlilərin maneəsi və hərbi təhdidi nəticəsində bu təyyarə Səna Beynəlxalq aeroportuna eniş edə bilməmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriyanın Səncar şəhərinin daxilindən çəkilən yeni görüntülər
Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər
Çingiz Mustafayevin Xocalıya aid daha bir videosu
Müctehid qadın Ümmül-mö`minin Ayişə
Palmira- Tədmur şəhər sakinləri evlərinə qayıdır
İsfəhanlılar Hicab və İffət günü mərkəzi meydana toplaşdılar
Sanksiyaların ləğv avropalıların İran bazarına daxil olmaq iştahasını artırıb
Suriyanın Arsal yüksəkliyi azad olunmaq ərəfəsindədir
Ərəbistanın Yəmənə hava hücumları davam edir
İraq Hizbullahı Rimadinin yarısını azad etdi, İŞİD-çilər Hizbullahın ...

 
user comment