Azəri
Monday 22nd of July 2024
0
نفر 0

Əli (ə) - Peyğəmbərin (s) şagirdi

Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur: “Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ayaq izinin yerinə qoyanlardır.”
Əli (ə) - Peyğəmbərin (s) şagirdi

Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur:
“Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ayaq izinin yerinə qoyanlardır.”

 

Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük nemət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs etirazla mənə dedi:
“Niyə bu köhnə paltarı çıxarmırsan!” Ona dedim: “Məndən uzaqlaş.”


ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) XÜSUSİ ŞAGİRDİ


Əli (əleyhissalam) gələcək təhlükəli hadisələrə də işarə etdikdə? ona belə ərz etdilər: “Ey İmam, qeybdənmi xəbər verirsən?!”
İmam gülümsəyib buyurdu:
“Ey Kəlbi qardaş, bu qeyb elmi deyil, bəlkə elə bir əhatəli elmdir ki, onu sahibindən (Peyğəmbər) öyrənmişəm.” Sonra buyurdu: Qeyb elmi, eləcə də qiyamət gününün elmi barədə “Loğman” surəsinin 34-cü ayəsində buyurmuşdu:
“Şübhəsiz qiyamət günündən xəbər vermə elmi Allaha aiddir və o Allahdır ki, yağışı göndərir, ana bətnində olandan agahdır və heç kəs sabah nə olacağını və hansı torpaqda öləcəyini bilmir.”
Bu sözlə demək istəyirdi ki, Allahın ən dəqiq işlərə belə (ayədə göstərilən beş cür işlər) agahlığı vardır ki, sizin o işlərdən xəbəriniz belə yoxdur.
Allah bütün cüzi xüsusiyyətləri bilir, lakin Allahdan başqa bu cüziyyatı (incəlikləri) bilən yoxdur. Sonra buyurdu:
“Bundan əlavə (beş növ) elmi Allah öz Peyğəmbərinə öyrətmişdir ki, o da məni həmin elmlərdən hali edibdir. Mənim üçün dua edibdir ki, Allah onu mənim qəlbimdə yerləşdirərək ə”za və əndamımı başdan-başa onunla bürüsün.”


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment