
ƏhliBejt (əlejhimussəlam) -ABNA- XəbərAgentlijininverdijixəbərəəsasən, Suriya ordusu əl-Qələmun məntəqəsində əməliyyatını davam etdirir
Suriya ordusu Livanla sərhəddə yerləşən əl-Qələmunda terrorçulara qarşı əməliyyatını davam etdirir.
Suriya ordusu və müqavimət qüvvələri şənbə günü əl-Qələmunda irəliləyişləri davam etdirib və çoxlu sayda terrorçunu öldürməklə cərud əl-Cəbbədə bəzi bölgələri terrorçulardan azad etməyə nail olublar.
Bu məlumata görə, əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının mövqeləri Suriya ordusunun hücumları qarşısında məhv olub və müqavimət qüvvələri də Əsal əl-Vird məntəqəsində bir baza və əl-Nüsrə Cəbhəsi qruplaşmasının bəzi mövqelərini ələ keçiriblər.
Suriya ordusu qüvvələri silahlı ünsürlərin əl-Qələmun məntəqəsində quraşdırdıqları bombaları partladıb və məntəqəni terrorçulardan təmizləyiblər. Terrorçular isə bəzi silah-sursatlarını ataraq qaçıblar.
Diqqət: Xəbərdənistifadəetdikdəmənbəjəistinadlazımdır
source : abna