Azəri
Monday 6th of May 2024
0
نفر 0

M. Hüseyni: Anti-İİR təbliğatlara baxmayaraq xeyli sayda Misir Qariləri Quran Müsabiqələrində iştirak edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Höccətül İslam Seyyid Mustəfa Hüseyni ABNA24.com saytının xüsusi müxbirinə verdiyi müsahibəsində bildirib: “Ötən il keçirilən 31-ci Beynəlxalq Qurani Kərim Müsabiqəl
M. Hüseyni: Anti-İİR təbliğatlara baxmayaraq xeyli sayda Misir Qariləri Quran Müsabiqələrində iştirak edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Höccətül İslam Seyyid Mustəfa Hüseyni ABNA24.com saytının xüsusi müxbirinə verdiyi müsahibəsində bildirib: “Ötən il keçirilən 31-ci Beynəlxalq Qurani Kərim Müsabiqələrində 71 ölkə nümayəndəsi iştirak etmişdir, lakin bu il keçirilən Quran Yarışlarında isə, 85 ölkənin 132 nümayəndəsi iştirak edib.”

Seyyid Mustəfa Hüseyni daha sonra bildirib: “Bu 132 nümayəndələrdən 61 nəfəri Qurani Kərimin bütün 30 cüzünü hifzdən bilir- (Hafizi Qurani Kərim), 71 nəfəri Qurani Kərim Qarisidir- (qurani Məcidi gözəl səslə oxuyan). Bütün nümayəndələr gedən müsabiqələrdə bir biri ilə ciddi rəqabət aparırlar. Həmçinin qeyd etməliyik ki, yarışmalar kənarında “Mərifət Xeyməsi” adlı İslami Mədəniyət və Maarifə uyğun olaraq müxtəlif növ səgilər təşkil olunub. Bu sərgidə Qurani Məcidə dair müxtəlif elmi kitablar və habelə ekstrimist cəryanların törətdikləri cinayətləri əks etdirən foto sərgisi təşkil olunub.”

Qeyd edək ki, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Seyyid Mustəfa Hüseyni cənablarının bildirdiyinə əsasən, “Beynəlxalq Quran Yarışmalarından əlavə olara biz bu gün Tehran vaxtı ilə, 08:00-dan başlayaraq 13:00 kimi “Doqquzuncu Quran Tədqiqatları Konfransı”nın keçirildiyinin də şahidi olduq. Qurani Kərim üzrə qadın aktivistlərinin təltif mərasimi isə, sabah yerli vaxtla 10:00-dan 13:00-la kimi Tehranın Zirvə Salonunda keçiriləcək.”


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistan Yəmən xalqına qarşı kasetli bombalardan istifadə edib
Məkkə və Mədinəyə hakim kəsilmiş vəhhabilər hindistanlı qadın xidmətçinin ...
İraqdan Suriyaya qaçmaq istəyən İŞİD-ə aid avtomobil karvanı "Həşd ...
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
Hicab məhbusu 10 ildən sonra ata oldu
Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil.
Yanan binanın bir qrup sakini aksiya keçirdi
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Fatimiyyə Günləri Azərbaycanda möhtəşəm qeyd edildi (Lənkəran)
Gəncədə Aşura öncəsi həbslər davam edir.

 
user comment