Azəri
Thursday 18th of July 2024
0
نفر 0

M. Hüseyni: Anti-İİR təbliğatlara baxmayaraq xeyli sayda Misir Qariləri Quran Müsabiqələrində iştirak edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Höccətül İslam Seyyid Mustəfa Hüseyni ABNA24.com saytının xüsusi müxbirinə verdiyi müsahibəsində bildirib: “Ötən il keçirilən 31-ci Beynəlxalq Qurani Kərim Müsabiqələrində 71 ölkə nümayəndəsi iştirak etmişdir, lakin bu i
M. Hüseyni: Anti-İİR təbliğatlara baxmayaraq xeyli sayda Misir Qariləri Quran Müsabiqələrində iştirak edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Höccətül İslam Seyyid Mustəfa Hüseyni ABNA24.com saytının xüsusi müxbirinə verdiyi müsahibəsində bildirib: “Ötən il keçirilən 31-ci Beynəlxalq Qurani Kərim Müsabiqələrində 71 ölkə nümayəndəsi iştirak etmişdir, lakin bu il keçirilən Quran Yarışlarında isə, 85 ölkənin 132 nümayəndəsi iştirak edib.”

Seyyid Mustəfa Hüseyni daha sonra bildirib: “Bu 132 nümayəndələrdən 61 nəfəri Qurani Kərimin bütün 30 cüzünü hifzdən bilir- (Hafizi Qurani Kərim), 71 nəfəri Qurani Kərim Qarisidir- (qurani Məcidi gözəl səslə oxuyan). Bütün nümayəndələr gedən müsabiqələrdə bir biri ilə ciddi rəqabət aparırlar. Həmçinin qeyd etməliyik ki, yarışmalar kənarında “Mərifət Xeyməsi” adlı İslami Mədəniyət və Maarifə uyğun olaraq müxtəlif növ səgilər təşkil olunub. Bu sərgidə Qurani Məcidə dair müxtəlif elmi kitablar və habelə ekstrimist cəryanların törətdikləri cinayətləri əks etdirən foto sərgisi təşkil olunub.”

Qeyd edək ki, Tehran 2015 Otuz İkinci Beynəlxalq Qurani Kərim Müsabiqələri Təşkilatçılığının Sədri Seyyid Mustəfa Hüseyni cənablarının bildirdiyinə əsasən, “Beynəlxalq Quran Yarışmalarından əlavə olara biz bu gün Tehran vaxtı ilə, 08:00-dan başlayaraq 13:00 kimi “Doqquzuncu Quran Tədqiqatları Konfransı”nın keçirildiyinin də şahidi olduq. Qurani Kərim üzrə qadın aktivistlərinin təltif mərasimi isə, sabah yerli vaxtla 10:00-dan 13:00-la kimi Tehranın Zirvə Salonunda keçiriləcək.”


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment