Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Höccətülislam Sədiqi: Qərblilərə İranın hərbi mərkəzlərində təftiş icazəsinin verilməsi qeyri-mümkündür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Tehranın müvəqqəti imam cüməsi Qərb dövlətlərinə nüvə işinin həlli bəhanəsi ilə İranın hərbi mərkəzlərində təftiş aparmaq icazəsinin verilməsi qeyri-mümkün və İran İslam Respublikası qanunlarına ziddir. Höccətülislam vəlmüslimin Kazım Sədiqi
Höccətülislam Sədiqi: Qərblilərə İranın hərbi mərkəzlərində təftiş icazəsinin verilməsi qeyri-mümkündür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Tehranın müvəqqəti imam cüməsi Qərb dövlətlərinə nüvə işinin həlli bəhanəsi ilə İranın hərbi mərkəzlərində təftiş aparmaq icazəsinin verilməsi qeyri-mümkün və İran İslam Respublikası qanunlarına ziddir.
 Höccətülislam vəlmüslimin Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinə və qərblilərin həll yolu olaraq İranın hərbi mərkəzlərində təftişə icazənin verilməsi təklifi ilə çıxış etmələrinə işarə edərək, deyib: Onlara istədikləri zaman, istədikləri məkanda azad formada təftiş aparmaq icazəsinə malik olmaları icazəsinin verilməsi qanuna ziddir və İran İslam Respublikası bunu qəbul etməyəcək.
Tehranın cümə namazı xətibi İran İslam Respublikasının qarşı tərəfin hər istəyini yerinə yetirməyəcəyini deyərək, əlavə edib: İran İslam Respublikasının qırmızı xətləri İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin edilir və o həzrətin baxışlarına zidd olan məsələ qəbuledilməzdir. Höccətülislam vəlmüslimin Kazım Sədiqi nüvə elmini İran xalqının böyük sərmayəsi və ölkə iqtisadiyyatının çiçəklənməsi amili adlandırıb və deyib: Bu elmdən tibb, energetka və kənd təsərrüfatı sahəsində istifadənin edilməsi ölkənin xarici ölkələrdən asılılığını aradan qaldırıb. Tehranın müvəqqəti imam cüməsi əlavə edib: İranın nüvə müzakirəçiləri İslam İnqilabının Böyük Rəbəri və İran xalqı tərəfindən himayə olunurlar və nüvə müzakirələrində İran xalqının izzətini iqtidarla müdafiə edirlər. Höccətülislam vəlmüslimin Kazım Sədiqi amerikalıların sədaqətsizliyinə də işarə edib və bunun tarix boyu dəfələrlə sübuta yetirildiyini bildirib və deyib: İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunduğu bir şəraitdə amerikalılar tərəfindən İrana qarşı sanksiyaların artırılması onların necə bir fırıldaqçı olduqlarını bir daha ortaya qoymuş oldu.
Tehranın cümə namazı xətibi daha sonra İraq, Liviya və Yəmən kimi region ölkələrində gərginliyin yaradılmasını ABŞ-ın maraqları istiqamətində adlandırıb və deyib: Qərb müxtəlif bəhanələr və zorakılıq ilə region xalqlarının sərvətini qarət etmək, onları istila altına almaq istəyirlər. Tehranın müvəqqəti imam cüməsi sonda İranın terrorçular ilə mübarizədə Suriya və İraqa yardımlarını davam etdirəcəyini bildirib və deyib: İŞİD kimi terrorçu qruplaşmalar ilə mübarizədə region ölkələri əməkdaşlıq etməlidirlər
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment