
Hicab məhbusu 10 ildən sonra ata oldu

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicab məhbusu Tərlan Ağadadaşova 10 ildən sonra ata olmaq nəsib olub.
Məlumata görə, hazırda həbsdə olan Hicab məhbusu Tərlan Ağadadaşovun Məhəmməd Hadi adında oğul övladı dünyaya gəlib.
3 gün bundan öncə dünyaya göz açan M.Hadinin sağlamlığı yerindədir. Artıq uşaq anası ilə birlikdə xəstəxanadan çıxarılıb.
Xatırladaq ki, T. Ağadadaşov 2012-ci il oktyabrın 5-də baş verən “Hicaba azadlıq” aksiyasında həbs olunub. Nərimanov Rayon Məhkəməsi onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə haqda qərar verib.
Biz ABNA olaraq bu xəbərə sevinən hər kəsi, xüsusilə hicab məhbusu Tərlan Ağadadaşovu təbrik edir, tezliklə azadlığa çıxmasını Allahdan arzu edirik!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır