Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!

Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur». Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən». İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün ge
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!

Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi».
Həzrət Əli (ə) namaz zamanı Allah qarşısında pak qəlb, tam diqqətlə dayanırdı. Onun ibadət-itaəti başqalarınınkı kimi deyildi. Əgər başqaları hansısa bir xüsusi məqsədlə ibadət edirsə, həzrətin məqsədi bambaşqa idi. O özü bu barədə belə buyurur: «Bə’ziləri Allaha rəğbətlə (behişt ne’mətləri üçün) bəndəlik edirlər. Bu növ ibadət tacirlərin ibadətidir. Başqa bir dəstə isə Allaha (cəhənnəm odundan) qorxudan ibadət edirlər. Bu qulların ibadətidir. Üçüncü qrup isə Allaha təşəkkür üçün ibadət edir. Bu azadələrin ibadətidir». Həzrət (ə) Allah dərgahına belə ərz edir: «Pərvərdigara, mən sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Əksinə, səni pərəstişə layiq bildiyim üçün ibadət edirəm».
Hər bir fərd fitri olaraq zərərləri özündən uzaqlaşdırmaq, xeyir əldə etmək məqsədində olur. Yalnız həzrət Əli (ə) behişt təmənnası və cəhənnəm qorxusu olmadan, sırf Allah üçün ibadət edirdi. Belə bir xalislik həzrətin yəqinliyindən qaynaqlanırdı. Hər şeydən uca bir yəqin! Çünki həzrət yəqinliyin ən son mərhələsinə çatmışdı. O özü belə buyurur: «Əgər pərdələr qaldırılsa, mənim yəqinliyimə bir şey əlavə olunmaz».
Həzrət Əli (ə) bir dalğa tək həqiqət okeanında qərq olmuşdu. Onun bütün düşüncələri, hərəkətləri həqiqətə bağlılığından danışırdı. Həzrət nəfsin paklanması və tərbiyəsi baxımından misilsiz idi. O nəyə baxırdısa, Allahı görürdü. Həzrət buyurur: «Nəyi gördümsə, ondan qabaq, onunla bir vaxtda və ondan sonra Allahı gördüm». Başqa bir rəvayətdə isə belə nəql olunur: «Görmədiyim Allaha ibadət etmədim». Həzrətdən soruşurlar ki, o, Allahı necə görür? Həzrət buyurur: «Zahiri gözlə yox, bəsirət gözü ilə».
 
Zahir gözlər ilə görünməyənlər,

Könül gözləri ilə seyr edilər.

   
Həzrət Əli (ə) Allahın əzəməti qarşısında təvazönü özünə borc bilirdi. Onun dua və minacatlarında təvazö səviyyəsi aşkar görünür...

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından

 
user comment