Azəri
Friday 17th of May 2024
0
نفر 0

Ərdoğan və İŞİD; Hansı o birini xərcləyir?

Amerikanın hərbi heyətinin Ankaraya səfərindən sonra baş verən Türkiyənin Suriya ərazisinə qarşı hərəkətliliyi, o cümlədən hava hücumları Kobani cinayətləri qarşısında türklərin sükutunun əksinə olaraq, hazırda onların İŞİD mövqelərinə qarşı iddialı hücumlarının şahidi olmağımıza səbəb oldu.
Ərdoğan və İŞİD; Hansı o birini xərcləyir?

Amerikanın hərbi heyətinin Ankaraya səfərindən sonra baş verən Türkiyənin Suriya ərazisinə qarşı hərəkətliliyi, o cümlədən hava hücumları Kobani cinayətləri qarşısında türklərin sükutunun əksinə olaraq, hazırda onların İŞİD mövqelərinə qarşı iddialı hücumlarının şahidi olmağımıza səbəb oldu.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadlı məlumatına görə, Suriya və Türkiyə sərhədində böyük partlayış bu dəfə Türkiyə ərazisində baş verdi. Və Türkiyə ordusunun qırıcı təyyarələri qəfildən Suriya hava zolağını açıq-aşkar və rəsmən pozdu və İŞİD-in mövqelərinə hücum etmək bəhanəsi ilə qonşusunun hava zolağında at oynadır. Beləliklə Ankara öz terrorizmini dəstəklədikdən illərlə sonra bu dəfə terrorizmlə mübarizə jestini verir.
Bu təcavüz və hücum elə bir haldadır ki, düz bir ay öncə məlumatlı diplomatik dairələr Fələstinin əl-Minar həftəliyinə bildirmişdilər ki, Türkiyə və Qətər regionda, xüsusilə də Suriya, İraq və Misirdə terrorizmin əsas iki guşəsi hesab olunur. ABŞ hökuməti də onların regiondakı bu hərəkətlərinə göz yumur.
Ərəb ekspertləri bildirirlər ki, Suruç sərhəd bölgəsindəki son kamikadze partlayışı Ankaranın strategiyalarında dramatik dəyişiklik yaradıb. Lakin bununla belə hələ də bu sual açıq qalır ki, görəsən yeni osmanlıların mövqeyindəki dəyişiklik prosesi müşahidə etdiyimiz partlayışdan Türkiyənin müxtəlif bölgələrindəki həbslərə qədər xəyanət edən şərikin passiv mövqeyinin bir hissəsidir yoxsa öncədən tənzimlənmiş ssenari əsasında idarə olunan plandır ki, bu formada beynəlxalq səhnədə nümayiş olunmalıdır? Türklərin funksiyası, sözləri və mövqelərinə diqqət yetirməklə Suriya böhranının əvvəlindən bu günə qədər Ankaranın Suriya böhranı ilə əlaqədar düşmənçilik proqramlarında 3 düşməni müxtəlif səviyyələrdə hədəfə alıb. Birincisi Suriyanın xəlqi hökumətidir ki, ona qarşı rəsmən müharibə aparır. İkincisi qolları Türkiyə kürdlərinə birləşən Suriya kürd qrupları, üçüncüsü isə müqavimət mehvəri və onun başında Livan Hizbullahıdır ki, onların imperatorluğunun formalaşması qarşısında sədd kimi dayanmışdır. Deməli İŞİD indiyə qədər hələ də düşmənlərdən hesab olunmur, üstəlik ikitərəfli böyük iqtisadi və silah əməkdaşlıqlarını nəzərə alaraq Suriya, İraq, hətta Mİsir ərazisində Türkiyənin məqsədləri üçün tam müttəfiq rolunu oynayır.
İŞİD-in bəşəriyyətə qarşı vəhşiliyini kənara qoysaq, görəsən İŞİD-in özü belə bir işə əl atır, bu qruplaşmanın bir özbaşına dəstəsi onlar arasında paramaterləri pozur, ABŞ kimi üçüncü tərəf öz məqsədlərini irəlilətmək üçün belə hərəkətlərə əl atır, yoxsa regionda xüsusi bir mərhələdə xüsusi məqsədlərə çatmaq üçün iki tərəf koordinasiya çərçivəsində bu cinayətləri bölgədə törədir? Bu hərəkət regional səviyyədə yeni hadisələrin baş verməsinə gətirib çıxarmışdır. Bunun özü düşündürücü bir prosesdir. Belə bir şəraitdə Türkiyənin Suriya ərazisindəki müttəfiqlərinə qarşı hücuma başlaması ilk mərhələdə Suriya hökumətinin xeyrinə olan bir addımdır.


source : irib.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tehran 28-ci Beynəlxalq İslami Vəhdət Konfransına rəhbərlik etdi
Moskva İslami düşərgə sona yetdi -
Əl-Qaidənin Pakistandakı lideri öldürüldü
Sionist Döyüş Təyyarələri Şamda Hərbi havalimanını Vurdu
Amerika və müttəfiqləri İraqda mülki vətəndaşların evlərini bombaladı
Türkmənistanda meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş...
Bəhreyn xalqı qanlı “Formula 1” maşın yarışmasına etiraz etdi
Sülh – Aşura hərəkatı üçün zəminə yaradan
İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli ...
MÜBAHİLƏ AYƏSİ

 
user comment