Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Müqəddəs Qum şəhəri həzrəti Məsumənin təvəllüdünün ildönümü gecəsində

Xanım Məsumənin (səlamullahi əleyha) anadan olması münasibəti ilə, bu gündən etibarən 10 gün müddətində İran İslam Respublikasının şəhərlərində bayram mərasimləri keçirilir.
Müqəddəs Qum şəhəri həzrəti Məsumənin təvəllüdünün ildönümü gecəsində
Xanım Məsumənin (səlamullahi əleyha) anadan olması münasibəti ilə, bu gündən etibarən 10 gün müddətində İran İslam Respublikasının şəhərlərində bayram mərasimləri keçirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixi ilə Zil Qədə ayının 1-i, 173-cü ildə, Mədinə şəhərində həzrəti Fatiməyi Məsumə (səlamullahi əleyha) dahi İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) pak ailəsində anadan olub.

Hər il olduğu kimi bu il də, İran İslam Respublikasının bir çox bölgələrində xüsusi ilə də, Müqəddəs Qum şəhərində həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmi tərəfindən müxtəlif elmi və mədəni bayram mərasiməri keçirilir.

Aşağıda müşahidə edəcəyiniz şəkillər ötən gecə həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) anadan olmasının ildönümü münasibəti ilə, İmam Xomeyni (rəhmətullahi əleyha) adına Mədəniyyət salonunda keçirilən bayram məclisindəndir.

Qeyd edək ki,Hicri Qəməri tarixinin 148-ci ili Zil Qədə ayının 11-də isə həzrəti İmam Rzanın (əleyhi səlam) anadan olan günüdür. Bu münasibət ilə də, İran İslam Respublikası bu on günü, yəni Zil Qədə ayının 1-dən 11-nə kimi olan müddəti “Kəramət On Günlüyü” adlandırıb. Və bu münasibət ilə, həzrəti Xanım Fatiməi Məsumə və İmam Rzanın hərəmlərində müxtəlif mədəni-maarif proqramları icra olunur..


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir

 
user comment