
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyadakı “İraq Şam İslam Dövləti” terror təşkilatının tərkibində vuruşmuş 5 Azərbaycan vətəndaşına hökm oxunub.
Məhkəmədə təqsirləndirilən Elşən Qurbanlı, Kamran Əzizov, Tural Məmmədov, Nadir Əlixanov və Bəhruz Rəsulov uzun müddətlik həbsə məhkum ediliblər.
Onlar Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması, onların silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchizatı, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak) və 283 (milli, sosial, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətləri) maddələr üzrə təqsirli biliniblər.
Məhkəmə qərarı ilə Kamran Əzizov və Tural Məmmədov 14,5 il, Elşən Qurbanlı və Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Tərtib olunan aktın materiallarına görə, təqsirləndirilən şəxslər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda şübhəli bilinən 26 Azərbaycan vətəndaşı sırasındadır. Onlar ötən ilin sentyabrında Azərbaycanın Milli Təhlükəsizlik
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna