Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər saatlarında təxminən 200 işğalçı rejim əsgəri Əqsa Məscidinə basqın edərək keşik çəkənlərə hücum edib.
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər saatlarında təxminən 200 işğalçı rejim əsgəri Əqsa Məscidinə basqın edərək keşik çəkənlərə hücum edib.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.

Məsciddə keşik çəkənlədən biri isə, təxminən 200 işğalçı rejim əsgərinin bu gün səhər saatlarda Məscidül-Əqsa kompleksində (əl-Həram əş-Şərif) yerləşən Əl-Qibli Məscidinə basqın edərək cənazələrin olduğu hissənin qapısını sındırdığını, müqavimət göstərən mühafizəçilərin isə işğalçı əsgərlər tərəfindən zorakılığa məruz qaldığını, təcavüz nəticəsində bir neçə nəfərin yaralandığını və bir neçə nəfərin isə həbs olunduğunu bildirib.

Əvkaf İdarəsi verdiyi məlumatda isə, hücum nəticəsində yaşlı bir Müsəlmanın gözündən rezin gülləylə yaralandığını və 5 nəfərin həbs olunduğunu bildirib.

Sionist rejim Məscidül-Əqsanı yer və vaxt baxımından sionistlərə vermək üçün səhər saat 07-dən 11-ə qədər Məscidi zorla boşaldır. Onlar buradakı Məscid camaatını və tələbələri zorla bayıra çıxarır, müqavimət göstərənlərə isə elə Məscidin içərisində gözyaşardıcı qazla müdaxilə edib.


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment