Azəri
Saturday 18th of May 2024
0
نفر 0

İraq Hizbullahının lideri, Vilayəti Fəqihə bağlılığın zəruriliyini açıqladı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Hizbullahının lideri Əl Heydəri bildirib: "Amerika, israil və İŞİD-in İranla düşmənçiliyi indiyə qədər İslam İnqilabının doğru bir istiqamətdə irəlilədiyinə aşkar dəlildir. Bu səbəbdən də, İran İslam Respublikasının başda Vəlayəti Fəqihin qədrini bilmək hamımızın borcudur.”
İraq Hizbullahının lideri, Vilayəti Fəqihə bağlılığın zəruriliyini açıqladı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Hizbullahının lideri Əl Heydəri bildirib: "Amerika, israil və İŞİD-in İranla düşmənçiliyi indiyə qədər İslam İnqilabının doğru bir istiqamətdə irəlilədiyinə aşkar dəlildir. Bu səbəbdən də, İran İslam Respublikasının başda Vəlayəti Fəqihin qədrini bilmək hamımızın borcudur.”

 

General Süleymanının İraqın süqut etməməsindəki əhəmiyyətli rolu

Hər Müsəlmanın və şərəfli insanın General Qasım Süleymani ilə qürur duymasının lazım olduğunu söyləyən Əl Heydəri deyib: "General Süleymani, bir şahin kimi Samirranı qorudu, şəhadət aşiqi olan İranlı və İraqlı gənclərdə bu uğurda ona köməkçi oldular. Ayətullah Sisdəninin uyğun zamanda cihad fətvasını verməsi və İraqlı mömin gənclərin "lebbeyk" demələri üçüncü bir səbəb olaraq İraqın dsüqut etməməsində təsirli oldu. Bu müqəddəs üçlüyün varlığı, İŞİD-in İraqda məğlub olmasının səbəbi idi.”

Əl Heydəri daha sonra Amerikanın bu gün İraqa qarşı hərbi yürüşlərin yerinə yumşaq və vətəndaş müharibəsi taktikasından istifadə etməsinə işarə edərək bildirib: “Amerika, bəzi səlahiyyətliləri istədiyi mövqelərə gətirərək İraqın siyasi sisteminə nüfuz etməyi hədəfə alıb... ABŞ, əlindəki böyük media maşınını işlədərək İraq xalqının diqqətini elektrik və suyun keyfiyyəti kimi mövzulara yönəltməklə insanların müqavimət və cihadla bağlı məsələlərdən xəbərsiz qalmalarına səy edir. Ancaq bütün bunlara baxmayaraq İraqın gələcəyi parlaq olacaq.”

 

Düşmənlərin hiylələrindən biri də, Vəlayəti Fəqih haqqında pessimist bir baxışı meydana gətirməkdir.

Müsəlmanların arasındakı birliyin qorunmasını vurğulayan Əl Heydəri, bildirdi: “Qərb mediasının məqsədi İranın bölgədən təcrid edilməsi və xalqın digər Müsəlmanlara qarşı laqeyd hala gətirilməsidir. Vilayətə bağlılıq və vilayət xəttini tərvic edib yayımlamaq bütün Müsəlmanların vəzifəsidir. Xüsusi bir əlaqəylə bu mövzuya yaxınlaşmamız lazımdır. Vilayəti Fəqihə inanan kəslərin hücumlara uğramaları və istehza edilmələri mümkündür, bu vəziyyət vilayət yolunda zindana girməkdən, işgəncə və sürgün edilməkdən daha çətindir. Seyid Həsən Nəsrullahın inancına görə, Vilayəti Fəqih məsələsi yalnız qəlbən ona bağlılı olmaqla bitən bir məsələ deyil, bəlkə o sevincli ikən sevincli və kədərli ikən kədərli olmalıyıq.

İraq Hizbullahının lideri Seyid Haşim Əl Heydəri, müqavimət və cihad ruhiyəsinin qorunmasını, düşmənin bütün hərəkətlərini lupa altına alınmasını Müsəlmanların digər ağır vəzifələrindən sayaraq belə dedi: “Bu gün zəfər və qələbələr dönəmində yaşayırıq artıq uduzmaların dövrü sona yetmişdir. Bu Qələbənin şükrünü yerinə yetirmək üçün, İran İslam Respublikasının və uca Vilayət və Rəhbərlik Məqamının qədrini bilməliyik.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriyanın Arsal yüksəkliyi azad olunmaq ərəfəsindədir
Ərəbistanın Yəmənə hava hücumları davam edir
İraq Hizbullahı Rimadinin yarısını azad etdi, İŞİD-çilər Hizbullahın ...
Müqəddəs Qum şəhəri həzrəti Məsumənin təvəllüdünün ildönümü gecəsində
Cühüd casusu yaxalandı, Libiyada məscid imamı israil rejimin casusu çıxdı
İordaniyadan qisas mesajı: hamısı edam olunacaq
PEYĞƏMBƏRI-ƏKRƏM ¡-DƏN SONRA XÜMS VƏ SƏDƏQƏNIN HÖKMÜ
Tehran 28-ci Beynəlxalq İslami Vəhdət Konfransına rəhbərlik etdi
Moskva İslami düşərgə sona yetdi -
Əl-Qaidənin Pakistandakı lideri öldürüldü

 
user comment