Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

World of Warcraft yeniyetməni qatilə çevirdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çelyabinsk vilayətinin Miass şəhərində bıçaq ilə atasını yaralayan və anasını öldürən 15 yaşlı yeniyetməyə qarşı cinayət işi açılıb. Bu barədə məlumat Rusiyanın İstintaq Komitəsinin vilayət idarəsinin saytında yerləşdirilib.
World of Warcraft yeniyetməni qatilə çevirdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çelyabinsk vilayətinin Miass şəhərində bıçaq ilə atasını yaralayan və anasını öldürən 15 yaşlı yeniyetməyə qarşı cinayət işi açılıb.

Bu barədə məlumat Rusiyanın İstintaq Komitəsinin vilayət idarəsinin saytında yerləşdirilib.

“Həbs-qətimkan tədbiri seçilməsi və ittihamın irəli sürülməsi məsələsinə baxılır”, - press-relizdə bildirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi üzrə (Qətl) cinayət işi açılıb.

İstintaq komitəsinin məlumatına əsasən, cinayətə səbəb ailə-məişət zəminində yaranmış mübahisə olub.

LifeNews telekanalının məlumatına əsasən, yeniyetmə məktəbdə dərslərindən iki alıb. Bunun üçün valideynləri ona onlayn-oyun World of Warcraft oynamağı qadağan ediblər.

Həmişə mülayim davranışı və yaxşı qiymətləri ilə fərqlənən oğlan bundan qəzəblənərək bıçağı götürüb bir neçə dəfə anasına və atasına bıçaq zərbələri vurub.

Törətdiyi əməldən sonra o, gölün sahilinə gedib, onun orada intihar etmək istədiyi ehtimal edilir. Polislər geyimi qan içində olan oğlanı göl qırağında saxlayıblar.  

P.S: Valideynlərdən xahiş olunur ki, övladları kopyuter xəstəliyinə düçar olmamışdan öncə onları bu aludııçilikdən qorusunlar.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment