Zəhmət olmasa gözləyin

Ayətullah M. Şirazi və N. Həmədani səud rejiminin Ayətullah Numura verdikləri edam hökmün məhkum etdilər

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ali Təqlid Mərcələrindən olan Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani cənabları yəhudiməslək səud rejimi tərəfindən böyük Şiə Alimi Ayətullah Şeyx Baqir Numura verilən edam hökmünün təsdiq olunması ilə bağlı xəbərdarlıq ediblər.

Bu xəbərdarlıqda Ayətullah Məkarim Şirazi bildirib:

“… Biz Səudi Ərəbistanın təcrübəsiz məmurlarına nəsuhət edirik ki, bu cür kin - küdrətli və qızıştırıcı addımlar ilə, öz ölkələrinin durumunu bundan artıq bərbad vəziyyətə salmasınlar. Və bunu yaxşı yadda saxlayın ki, əgər Ərəbistanın azadlıq sevər və tanınmış Şiə aliminə azda olsa xətər yetirilərsə bu sizə çox baha başa gələcək…”

Ayətullah Nuri Həmədani cənabları da verdikləri bəyanatda bildiriblər:

“Bizim ən pis düşmənimiz Səudiyyə Ərəbistanıdır ki, din donu geyinib, Amerika və Sionizmə nökərlik edir…”

Qeyd edək ki, Səudiyyə Ərəbistanın müdafiə naziri bu ölkənin Ağır Cinayətlər və Appelyasiya məhkəməsinin şeyx Nimr barədə çıxardığı edam hökmünü imzalayıb. Şeyx Nimrin hər an edam ediləcəyi ehtimalı mövcuddur

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Mənbə :
Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər