Azəri
Friday 19th of July 2024
0
نفر 0

Manyak ləqəbilə tanınan sələfi əqidəli Səudiyyə şahzadəsini seksual təcavüzə görə mühakimə ediləcək

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əhli Sünə vəl Cəmaə təriqətində ləvat və zinanın “cihad” adı ilə halal edilməsi artıq kimsəyə qaranlıq deyildir. Belə çirkinliklərə yol verilməsinin səbəbi isə sadəcə İslam və Əhli Beytdən uzaq düşməkdir. Bu günlərdə xarici informasiya vasitələrində yayımlanan məlumatlarda Kaliforniyadan olan üç xanım vəhhabi əqidəli Səudiyyə şahzadəsi Məcid Abduləziz əl-Səudu seksual təcavüzdə ittiham ediblər.
Manyak ləqəbilə tanınan sələfi əqidəli Səudiyyə şahzadəsini seksual təcavüzə görə mühakimə ediləcək

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əhli Sünə vəl Cəmaə təriqətində ləvat və zinanın “cihad” adı ilə halal edilməsi artıq kimsəyə qaranlıq deyildir. Belə çirkinliklərə yol verilməsinin səbəbi isə sadəcə İslam və Əhli Beytdən uzaq düşməkdir.

Bu günlərdə xarici informasiya vasitələrində yayımlanan məlumatlarda Kaliforniyadan olan üç xanım vəhhabi əqidəli Səudiyyə şahzadəsi Məcid Abduləziz əl-Səudu seksual təcavüzdə ittiham ediblər.

29 yaşlı sələfi şahzadəsinə qarşı adları gizlin saxlanılan üç qadının adından vəkil ittiham irəli sürüb.

Qadınlar iddia edirlər ki, şahzadə onları bir müddət öz malikanəsində əsir saxlayıb, lüt gəzməyə məcbur edib və onlara təcavüz edib.

“Sən mənim xoşuma gəlirsən, sabah mənim evimdə qonaqlıq olacaq və sən mənim bütün istədiklərimi yerinə yetirəcəksən, yoxsa səni öldürəcəm”, - şahzadə zərərçəkənlərdən birinə deyib.

İkinci qurban da Məcid Abduləziz əl-Səudun ona təcavüz etdiyini etiraf edib, bunlara son qoymaq xahişinə isə aqressiya ilə cavab verib.

“Sən qadın deyilsən! Sən heç kimsən! Mən şahzadəyəm, mən istədiyim hər şeyi edəcəm. Və heç kim mənə heç nə edə bilməz”, - vəhhabi şahzadəsi bəyan edib.

Qadınlar eyvandan tullanaraq malikanədən qaçmaq istəyiblər, amma xəsarət alacaqlarından qorxublar. Onlar evdə bir neçə gün keçirməli olublar, bu müddət ərzində şahzadə əyləncələr təşkil edir və kokaindən istifadə edib.

“Əl-Səud sərxoş, aqressiv idi və daima qışqırırdı. Onun gözləri qəzəblə dolu idi”,- məhkəmə çıxarışında yazılıb.

Polislər malikanəyə gələndə şahzadə: “Heç bir xəbər olmayacaq!” deyə qışqırıb.

Hal-hazırda Məcid Abduləziz əl-Səuda qarşı seksual təcavüz, bilərəkdən mənəvi zərər və qanunsuz azadlıqdan məhrum etmə üzrə ittiham irəli sürülüb.

Bundan əvvəl şahzadə sentyabrda seksual zorakılığa cəhd üzrə saxlanılıb, amma sonradan zaminə buraxılıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment