Azəri
Monday 6th of May 2024
0
نفر 0

İmam Xamenei: Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir planı var

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranda keçiriləcək seçkilər öncəsi Çarşənbə Axşamı günü Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Tehranda İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İsfahan əyalətinin Nəcəf Abad şəhərinin əhalisini qəbul edib. Minlərlə Nəcəf Aabad şəhər s
İmam Xamenei: Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir planı var

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranda keçiriləcək seçkilər öncəsi Çarşənbə Axşamı günü Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Tehranda İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İsfahan əyalətinin Nəcəf Abad şəhərinin əhalisini qəbul edib.

 Minlərlə Nəcəf Aabad şəhər sakinləri qarşısında çıxış edən Ayətullah Xamenei bildirib ki, bizim ölkədə seçkilər, milli dirçəlişdir, xalq seçkilərdə düşmənin qarşısında sinəsini siper edir və əzələ nümayiş etdirir. “Düşmən 37 ildən sonra bütün təzyiqlər, zalımcasına sanksiyalar, qərəzli təbliğatlara baxmayaraq görəndə ki, xalqın sistemə bağlılığını qıra bilməyib, İnqilabın əzəməti düşmənin gözündə zəhm və qorxu yaradır.”

 Ayətullah Xamenei bildirib ki, düşmənin seçkilərdə işlətdiyi fəndlərdən biri budur ki, yalandan parlamentin “hökumətə bağlı” və “hökumətə zidd” parlament olduğunu iddia edir və təkrarlayırlar. “İran xalqı , hökumətə bağlı və hökumətə zidd parlament istəmir, xalq, öhdəliklərini bilən və Amerikadan qorxmayan cəsarətli və dəyanətli parlament istəyir. İran xalqı istəyir ki, parlament xalqın dərdinin çarəsini bilsin. Parlament dəyanətli, cəsarətli, sədaqətli olsun və düşmənnin oyunlarına aldanmasın. Parlament qürur və müstəqilliyə önəm verməlidir. İrandan əli üzülmüş tamahkar güclərin qarşısında dayanmalıdır.Hökuməti ölkənin daxili gücünə dayanaraq iqtisadiyyatı inkişaf etdirməyə məcbur etməlidir. “

 Ayətullah Xamenei çıxışının davamında bildirib ki, bizə aydındır ki, müzakirələrdən sonra üçün Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir planı var. “İranın daxili üçün, düşmən öz əlaltılarından istifadə edəcək. Əlaltı olmaq bu demək deyil ki, düşməndən pul alır. İmam Xomeyni (r.ə) buyururdu bəzi vaxtlar düşmənin sözünü bir neçə vasitə ilə dostun ağzından eşidirsən.”

 Ayətullah Xamenei bildirib ki, hamı əlaltılar barəsində ehtiyatlı olmalıdır. “Görəndəki düşmən iki tirəlik yaratmaq üçün sizi tərifləyir, tez öz nifrətinizi ona bildirin. Siz ki, bilirsiz düşmən iki tirəlik yaratmaq istəyir, qoymayın. İmam Xomeyni (r.ə) deyirdi: düşmən sizi tərifləyəndə baxın görün nə səhv iş görmüsüz, gəlin imamın sözünə qayıdaq. Düşmənin siyasi ədəbiyyatından istifadə etməyək."

 Ayətullah Xamenei bildirib ki, İnqilabın düşmənləri ilk gündən “ifrat” və “mötədil” ifadələrini işlədir. "Onların düşüncəsində hamıdan ifratçı, o böyük şəxsiyyət olan İmam Xomeyni (r.ə) idi, bu gün də məni hamıdan çox ifratçı hesab edirlər. İslam orta yolun (mötədilliyin) tərəfdarıdır, lakin Quranın baxışında orta yol yəni "sirate müstəqim (doğru və düz yol) " və onun müqabili (qarşısı) ifrat deyil, inhirafdır (yolundan sapmadır). Sirate müstəqimdə (düz yolda) bəziləri yavaş və bəziləri sürətli gedə bilər, bu ki, pis iş deyil. Düşmən “ifratçı” dedikdə İnqilab yolunun davamçılarını və hizbullahçıları, mötədil dedikdə isə onların qarşısında boyun əyənləri nəzərdə tutur.”

 Ayətullah Xamenei bildirib ki, Amerikalılar özləri də etiraf edirlər ki, İranda heç bir mötədil şəxs və ya qrup yoxdur. “İran xalqının əksəriyyəti İnqilabın tərəfdarıdır, əlbətdə mümkindir bəzi vaxtlar səhv və ya caymalar olsun, lakin İran xalqından heç kim onlara bağlı olmağın tərəfdarı deyil.”

 Ayətullah Xamenei çıxışında xalqa müraciət edib və bildirib ki, seçkilərdə diqqətli, düzgün və açıq gözlə iş görməyə çalışın. “Belə olarsa həm Allah razı olar və həmdə yaxşı nəticə əldə olunar. Tanıyın və sonra seçin. Tanımadığınız zaman deməyin ki, səs vermirəm, gedin elə bir şəxsə səs verin ki, həmin şəxsin dininə və təəhhüdünə inanırsız.”

 Ayətullah Xamenei bildirib ki, inanıram ki, bədxahların bütün çalışmalarına baxmayaraq Allah qələbəni İran xalqı üçün təyin edib. Allahın lütfü ilə düşmən bu İnqilaba və İslam sisteminə ziyan verə bilməyəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistan Yəmən xalqına qarşı kasetli bombalardan istifadə edib
Məkkə və Mədinəyə hakim kəsilmiş vəhhabilər hindistanlı qadın xidmətçinin ...
İraqdan Suriyaya qaçmaq istəyən İŞİD-ə aid avtomobil karvanı "Həşd ...
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
Hicab məhbusu 10 ildən sonra ata oldu
Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil.
Yanan binanın bir qrup sakini aksiya keçirdi
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Fatimiyyə Günləri Azərbaycanda möhtəşəm qeyd edildi (Lənkəran)
Gəncədə Aşura öncəsi həbslər davam edir.

 
user comment