Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İmam Xamenei həzrətlərinin gündəlik xərcləri haradan təmin olunur?

Xəbər Agentliyi- İnsanlar həmişə siyasi və dini rəhbərlərin gəliri və onların yaşayış xərclərinin necə təmin olunması barədə düşünürlər. Ümümdünya Müsəlmanlarının Ali Liderinin yaşayış xərclərinin necə təmin olunması da ümumi
İmam Xamenei həzrətlərinin gündəlik xərcləri haradan təmin olunur?

Xəbər Agentliyi- İnsanlar həmişə siyasi və dini rəhbərlərin gəliri və onların yaşayış xərclərinin necə təmin olunması barədə düşünürlər. Ümümdünya Müsəlmanlarının Ali Liderinin yaşayış xərclərinin necə təmin olunması da ümumi fikir üçün maraqlıdır.

Müsahibə və xatirələr arasında həzrət Ayətullah Xameneinin ofisinin rəhbərlərindən biri, Elmi hövzələr üzrə əlaqələndirici höccətül-islam Əhməd Mərvi İslam İnqilabının Rəhbəri həzrət Ayətullah Xameneinin (Allah onu qorusun) beytül-maldan istifadə etmədən yaşayış xərclərini necə təmin etməsi haqqında belə bildirib:

“Mənim bildiyimə görə (və bu dəqiqdir) Ümümdünya Müsəlmanlarının Ali Rəhbərinin yaşayış xərclərinin əsas hissəsi camaatın onun barəsində etdiyi nəzirlərdən təmin olunur. İnsanlar, ağaya nəzir edirlər və nəzirlər gəlir. İmam Xomeyni (Allahın rizvanı ona olsun) üçün də çoxlu nəzirlər gəlirdi.

Həzrət Ayətullah Xamenei beytül-maldan və ofisinə gələn maldan istifadə etmir. Dini ödənclərdən isə qətiyyən istifadə etmir.”

Sabiq Mədəniyyət və İslam İrşadı naziri Məhəmməd Hüseyn Səffar Herəndi isə, İmam Xameneinin dolanışığının necə təmin olunması haqqında xatirəsində deyir:

“İslam İnqilabının Böyük Rəhbəri 1991-ci ilin əvvəllərində cənab Haşimiyə əhalinin yaşayışı barədə deyir: "Əhalinin yaşayışı getdikcə çətinləşir və bahalıq onları sıxır. Əhalini yoxsulluğa sürüyən siyasətlə mən razı deyiləm".

O zaman dövlət əhaliyə verilən sosial təminatın dayandırılması siyasətini təklif edirdi. İnqilabın Rəhbəri bu siyasətə razı olmadığını bildirir.

Haşimi Rəfsəncani də cavab verərək deyir ki, bəzilər xəbərləri şişirdib sizə deyir. Siz onların sözünə inanmayın. Belə deyil və əhalinin vəziyyəti yaxşıdır.

İmam Xamenei isə ona deyir: "Bu xəbəri başqaları deməyib. Bazarlıq üçün mənim ailəm və övladlarım özləri bazara gedir və bu özümüzün əldə etdiyimiz məlumatdır. Ailəm və övladlarım özləri çörək alır, qatıq alır. Burdan başa düşürlər ki, bu günkü qiymət dünənki qiymətə nisbətən dəyişmişdir".”

Bəzi məsul şəxslərin illərlə bazar qiymətlərindən xəbərləri olmur. Çünki heç vaxt bazara, mağazaya özləri getmir və əhalinin ümumi yaşayışından xəbərləri olmur. Bəzən görürsən ki, hansısa jurnalist zirənglik edib məsul işçidən soruşur ki, filan malın qiyməti indi nə qədərdir? Amma vəzifəli şəxs bu suala cavab verə bilmir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment