Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Qələbə yaxındadır! - “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslaminsesi-nə "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat xidmətindən bu haqda məlumat daxil olub. Bəyanatda deyilir: "Son günlər ermənilər növbəti təxribat
Qələbə yaxındadır! - “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslaminsesi-nə "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat xidmətindən bu haqda məlumat daxil olub.

 

Bəyanatda deyilir:

"Son günlər ermənilər növbəti təxribatlara əl ataraq mülkü vətəndaşlarımıza, evlərə və cəbhə bölgəsindəki ərazilərimizdə hücum etmək istəmiş, diversiyalarının baş tutacağı niyyətilə addım atmışlar. Lakin ordumuzun rəşadətli və şəhadətsevər zabit və əsgərləri tərəfindən sarsıdıcı cavab zərbələri onların bu niyyətlərini ürəklərində qoymuş, yüzlərlə daşnak məhv edilmiş, digərləri isə qəsb etdikləri bəzi əraziləri qoyub qaçmağa başlamışlar.

Beləcə bəzi ərazilərimiz düşmən işğalından təmizlənmiş və ilk qələbəmizi qazanmışıq. Hazırda da, döyüşlərin getdiyi bir vaxtda, xalqımızın hər bir nümayəndəsi düşmənə endirilən cavab zərbələrinə dəstək vermiş və verməkdədir. Bu sevincin davamlı olması üçün analarımız gözüyaşlı dualarında, mərd gənc və atalarımız isə səfərbərlik elanını gözləməkdədir.

Biz,  "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin idarə heyəti və üzvləri olaraq Qarabağın azadlığı və düşmənin cəzalandırılması əməliyyatlarına görə, Ordumuzu dəstəkləyir, yanında olduğunu ərz edir və bu döyüşlərdə dövlətimizin maraqlarını qorumağa hazır olduğumuzu bəyan edirik. Xatırlatmaq istəyirik ki, təşkilatımızın qurucusu şəhid qardaşı kimi daima öz çıxışlarında Qarabağ və şəhidlik məktəbindən danışar, şəhid Mübariz İbrahimovun şəhadətindən sonra onun evinə ilk kütləvi ziyarət təşkil etməklə şəhidlik və vətənə olan məhəbbətini sübut etmişdir.

MMDİB-nin təsisçisi Hacı Abgül Süleymanov  bu günlər üçün gözyaşları içində dua edər və Qarabağın azadlığını məhz rəşadətli əsgərlərimiz və şəhidlik ruhiyyəsilə alınacağını qeyd edərdi. Ümid edirik ki, bu günlər millətimizin milli vəhdət günüdür və bu gündə milli-mənəvi ruhiyyənin yüksəldilməsinə böyük rolu olan şəxslər aramızda, yanımızda hazır olmalıdırlar. Bir daha, bu qələbələr münasibətilə xalqımızı təbrik edir, ordumuza Allahdan izzətli döyüş, qələbə, güc arzu edirik.

Şəhidlərimiz üçün Allah Təaladan böyük əcrlər istəyir, onları Allah yanında ən üstün şəhidlərin sırasına salınmasını arzu edirik. Şəhid ailələrinə isə, dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Ümid edirik ki, qələbə Allahın iznilə yaxındadır..."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment