Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Bu gün həzrət İmam Zeynulabidinin (ə) milad günüdür, İmam Səccadın (ə) kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri Tarixi ilə 38-ci il Şəban ayının 5-i və Miladi tarixi ilə 661-ci ildə Mədinə şəhərində Vəhy Ailəsində dünyaya göz açmış Allahın (Cəllə Cəlaluh) yer üzərindəki dördüncü Xəlifəsi, İmam Əli ibn Hüseynin (əleyhimə səlam) milad günüdür.
Bu gün həzrət İmam Zeynulabidinin (ə) milad günüdür, İmam Səccadın (ə) kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri Tarixi ilə 38-ci il Şəban ayının 5-i və Miladi tarixi ilə 661-ci ildə Mədinə şəhərində Vəhy Ailəsində dünyaya göz açmış Allahın (Cəllə Cəlaluh) yer üzərindəki dördüncü Xəlifəsi, İmam Əli ibn Hüseynin (əleyhimə səlam) milad günüdür.

İmam Əli ibn Hüseyn (əleyhimə səlam) bir sıra şəxsi səciyyə və əxlaqına görə müxtəlif ləqəblərlə adlandırılmışdır. O cümllədən çoxlu səcdə etdiyi üçün ona “Səccad” ləqəbi, Allaha ibadəti son həddə gözəl yerinə yetirdiyi üçün abidlərin zinəti “Zeynul Abidin” ləqəbi verilmişdir.

İmam Əli ibn Hüseynin (əleyhimə səlam) atası Allahın üçüncü xəlifəsi İmam Hüseyndir (əleyhi səlam), anası isə, İslam Ordusunun əlinə əsir düşmüş Sasanilər sülaləsinin şahzadəsi Şahbanudur.

İmam Zeynul Abidin (əleyhi səlam) 10 il atasının İmamlıq dönəmində, 11 il Əmisi İmam Həsən Muctəbanın (əleyhi səlam) 2- il isə Babası Əmirəl Möminin həzrət Əlinin (əleyhi səlam) İmamlıq dövranında yaşamışdır. İmam Səccadın (əleyhi səlam) İmamlıq dövranı isə 33 il olmuşdur.

Biz ABNA olaraq bu gözəl gün münasibəti ilə başda İmam Zaman həzrətləri olmaqla (Allah onun şərəfli gəlişini tezləşdirsin) Ali Təqlid Mərcələrinə, Vəliyyi Fəqihə, bütün dünya xalqlarına eləcə də, Cin tayfalarına təbrik ərz edirik.

 

İmam Zeynul Abidinin (əleyhi səlam) Dürlü Kəlamlarından

İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Hər bir mömün şəxsdə dörd xislət olarsa Allahın pənahında qalar, qiyamət günü İlahi Ərşin sayəsi altında olar və məhşər səhrasının çətinliklərindən amanda qalar:

1-      : Ehtiyacı olan və yardım diləyən şəxslərə kömək edib onların işlərindəki düyünü aça.

2-      : Hər bir işi görməzdən öncə və hər bir sözü deməzdən qabaq düşünər ki, görəcəyim bu iş və deyəcəyim bu söz Allah Təalanın razılığına səbəbdir yaxud qəzəbinə bais olacaq.

3-      : Başqalarının eybini axtarıb digərlərinə deməzdən öncə, öz eyblərini düzəltməyə səy göstərər.”

(Tuhəful Uqul: Səh. 204)

 

İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Üç şey insanın qurtuluşuna səbəb olar: 1- Dili söyüş verib, qeybət etməkdən saxlamaq. 2- Özünü insanın axirət və dünyasına fayda verən işlərlə məşğul etmək. 3- Daim öz xətaları və səhvlərinə görə nigərançılıq keçirmək.”

(Tuhəful Uqul: Səh. 204)

 

İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Hər kimin dörd xasiyyəti olarsa imanı kamil olar, günahları bağışlanar, Allah Təalanın görüşünə gedərkən (admin: dünyasını dəyişdiyi zaman, qiyamət günü) Allah Cəllə Cəlaluh ondan razı olar:

1-      İlahi təqva və pərhizkarlıq sifəti. Belə ki, heç kimdən heç bir şey gözləmədən camaata xidmət göstərər.

2-      Həyatının bütün anlarında xalqla sadiqcəsinə rəftar edib, doğru danışa.

3-      Bütün Şəri və Ürfi (admin: xalq arasındakı rəylərə ürf deyilir) pisliklərə qarşı həyalı olub özünü çirkinliklərdən saxlaya.

4-      Öz ailəsi və yaxınları ilə, gözəl əxlaqla davrana.”

(Mişkatul Ənvar: 172)

 

İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Ey Adəm övladı! Daxilində sənə ürəyi yanıb nəsihət edən və sənə moizə söyləyənin (admin: yəni vicdan) olsa, bütün işlərində əməllərivi hesab –kitaba çəkməyə əhəmiyyət versən və bütün halətlərdə -İlahi əzabdan- qorxu və hürkün olsa, onda daim xeyr və səadət içində yaşayarsan.”

(Mişkatul Ənvar: Səh. 246)

 

İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Qarnıvın sənin boynunda olduğu haqqı odur ki, onu haram əşyaların -istər az istərsə də çox- kisəsinə çevirməyəsən. Hətta halal əşyalarda da, qənaət edib –qarnıvı halalla doldurmayıb- lazım miqdarda istifadə edəsən.”

(Tuhəful Uqul: Səh. 186)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!
Allah Təala tövbəkarların halına sevinir

 
user comment