Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Qanlı Nardaran hadisəsinə görə şərlənərək həbs edilən Ələkbər Qurbanova hökm oxunub

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sabunçu Rayon Məhkəməsində 26 Noyabr, 2015 tarixdə İlham Əliyevin bir-başa nəzarəti ilə həyata keçirilən Qanlı Nardaran Faciəsi ilə bağlı günahsız yerə həbs edilən vətəndaş Ələkbər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanlı Nardaran hadisəsinə görə şərlənərək həbs edilən Ələkbər Qurbanova hökm oxunub

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sabunçu Rayon Məhkəməsində 26 Noyabr, 2015 tarixdə İlham Əliyevin bir-başa nəzarəti ilə həyata keçirilən Qanlı Nardaran Faciəsi ilə bağlı günahsız yerə həbs edilən vətəndaş Ələkbər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, sifarişli məhkəmənin hökmü ilə Ə.Qurbanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Osman Kazımov apellyasiya şikayəti verib. İş üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 5-nə təyin edilib. İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Ə.Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə Şərlənərək ittiham olunub. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. DİN bildirişinə görə, əməliyyata bir-başa İlham Əliyev başçılıq edib. Zibil maşınları ilə Nardaran qəsəbəsinə soxulan polislər əməliyyat zamanı zohr və əsr namazları ilə məşğul olan vətəndaşlara silahlı müqavimət göstərərək avtomat silahlardan atəş açıb, əl qumbarası atıb. Polisin davamlı atəşləri nəticəsində 4 sivil Şəhid edilib, daha bir neçə nəfər yaralanıb. Əməliyyatın daha da təbii alınması və vətəndaşların cinayətkar olduğunu çatdırmaq üçün öz əməkdaşlarından ikisini qətlə yetirir. Bu günə kimi hadisə yerindən polisin istifadə etdiyi avtomat silah, əl qumbarası, soyuq silahlar və s.-dən başqa maddi sübut kimi heç bir fakt tapılmayıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment