Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

Səudiyyə Ərəbistanın Vəqflər, Təbliğ və İrşad Nazirliyinin rəsmi saytının Əhli-Beyt (ə) yolunun haqq olduğuna dair etirafı

Səudiyyə Ərəbistanın Vəqflər, Təbliğ və İrşad Nazirliyinin rəsmi saytında "Təbəri Təfsiri"ndən "Xəyrul-Bəriyyə" ayəsinin təfsiri yerləşdirilmişdir. Bu ayənin təfsirində nəql olunan hədisdə İmam
Səudiyyə Ərəbistanın Vəqflər, Təbliğ və İrşad Nazirliyinin rəsmi saytının Əhli-Beyt (ə) yolunun haqq olduğuna dair etirafı

Səudiyyə Ərəbistanın Vəqflər, Təbliğ və İrşad Nazirliyinin rəsmi saytında "Təbəri Təfsiri"ndən "Xəyrul-Bəriyyə" ayəsinin təfsiri yerləşdirilmişdir. Bu ayənin təfsirində nəql olunan hədisdə İmam Əli (ə) və onun davamçıları "xəyrul-bəriyyə" (insanların ən yaxşısı) adlandırılmışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-İslam" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanın Vəqflər nazirliyinin rəsmi saytında "Təbəri Təfsiri"ndən "Xəyrul-Bəriyyə" ayəsinin təfsiri yerləşdirilmişdir. Bu ayənin təfsirində nəql olunan hədisdə İmam Əli (ə) və onun şiələri "xəyrul-bəriyyə" (insanların ən yaxşısı) adlandırılmışdır.
Səudiyyə Ərəbistanın Vəqflər nazirliyinin bu addımı Ərəb və müsəlman dünyasının Kütləvi İnformasiya Vasitələri (KİV) tərəfindən böyük maraq və təəccüblə qarşılanmışdır.
Səudiyyə Ərəbistanın Vəqflər, Təbliğ və İrşad Nazirliyinin rəsmi saytında İmam Əlinin (ə) və onun davamçılarının haqq olduğuna etiraf edilərək yazılır:
Təbəri öz təfsirində (جامع البيان عن تأويل القرآن – Cameul-bəyan ən təvilil-Quran) "Əl-Bəyyinə" surəsinin 7-ci ayəsinin – (إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَیْرُ الْبَرِیَّةِ – O kəslər ki, iman gətirib və yaxşı işlər görüblər onlar yaradılışın ən yaxşılarıdır) - təfsirində "xəyrul-bəriyyə"nin (yaradılışın ən yaxşıları) İmam Əli (ə) və Onun davamçıları olduğu haqqında hədis rəvayət etmişdir.
Bu ayəsnin təfsirində rəvayət olunan hədis saytda göstərilən Təbəri Təfsiri nüsxəsində 29208-ci hədisdir. Hədisdə deyilir:
حَدَّثَنَا اِبْن حُمَیْد , قَالَ : ثنا عِيسَى بْن فَرْقَد , عَنْ أَبِی الْجَارُود , عَنْ مُحَمَّد بْن عَلِیّ {أُولَئِكَ هُمْ خَیْر الْبَرِیَّة} فَقَالَ النَّبِیّ صَلَّى اللَّه عَلَیْهِ وَ{آله} وسَلَّمَ: أَنْتَ یَا عَلِیّ وَشِيعَتك»
İbn Hüməyd dedi: İsa bin Firqəd mənə Əbul-Caruddan, o da Muhəmməd bin Əlidən belə rəvayət edir: "Ulaikə hum xəyrul-bəriyyə" haqqında Həzrət Peyğəmbər (s) buyurmuş: "(Onlar, yəni "xəyrul-bəriyyə") Ya Əli sən və sənin şiələrindir".
Təbərinin təfsiri (جامع البيان عن تأويل القرآن – Cameul-bəyan ən təvilil-Quran) hicri-qəməri tarixinin 3-cü əsrində yazılmış ən qədim təfsirlərdən birididr. Bu təfsirin adı özündə qeyd olunmamışdır. Amma
Təbəri öz tarix kitabında (Təbəri Tarixi) bu təfsiri "Cameul-bəyan ən təvilil-Quran" adı ilə qeyd etmişdir. Bu təfsirdə hədis, kəlam (əqidə məsələləri) və s... məsələlərə diqqət yetirilmişdir.
Nazirliyin linkinə keçid:
http://quran.al-islam.com/Page.aspx?pageid=221&BookID=13&Page=598

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏYA İSLAMIN LİBASIDIR
VƏHHABİLİK (6)
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri
MATURİDİYYƏ MƏZHƏBİ (2)
Ayətullah əl-uzma Safi Gülpayiqani Məşhəddə keçirilən “Sınmış inci” ...
111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?

 
user comment