Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Cümə günü Rəsulallaha (s) yüz salavat deyib bu duanı oxuyaq

Allahın salamı olsun salamı vacib bilib alan hər bir Allah bəndəsinə İslamazeri.az İnternet Qəzeti, dəyərli izləyicilərinə məsum imamlardan (ə) olan gözəl bir hədisi təqdim edir. Rəvayətlərdə buyrulmuşdur ki, cümə günü Rəsulallaha 100 salavat göndərərə
Cümə günü Rəsulallaha (s) yüz salavat deyib bu duanı oxuyaq

Allahın salamı olsun salamı vacib bilib alan hər bir Allah bəndəsinə

İslamazeri.az İnternet Qəzeti, dəyərli izləyicilərinə məsum imamlardan (ə) olan gözəl bir hədisi təqdim edir.

Rəvayətlərdə buyrulmuşdur ki, cümə günü Rəsulallaha 100 salavat göndərərək bu duanı oxumaq Əhli-beytin (ə) hər zaman əməl etdiyi və insanlara tövsiyə etdiyi müstəhəb əməllərdəndir.

Günahların üstünün örtülməsini və hadisələrdən amanda qalmağı diləyərkən İmam Səccadın (ə) etdiyi dua:
''İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə salma, sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et.
Duamı qəbul et, ey aləmlərin Rəbbi."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmanlı qadının həyası
İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)
Əmanətdarlıq
Səmavi ad
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İSLAMDA TƏBABƏT
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır

 
user comment