Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, HƏMAS hərəkatı Qəzza sektoru və İordan çayının Qərb sahilində yerli seçkilərin keçirilməsinə dair çağırış edib və onlarda iştirak etməyə hazır olduğunu bəyan edib.
“Hərəkat Qərb sahilində və Qəzzada yerli seçkilərin keçirilməsində və seçki qutularının vasitəsi ilə xalqın azad iradəsinə söykənərək onun tərkibinin yenilənməsində zəzurət görür. Bu, Fələstin xalqına göstərilən xidmətlərin inkişaf və yaxşılaşmasına gətirib çıxaracaq”, – bəyanatda bildirilir.. HƏMAS öz çağırışını “Fələstin ailəsinin nizama salınması və əlbir olma prinsipi möhkəmlətməyə niyyətli” olması ilə izah edib.
Hərəkat tərəfindən keçiriləcək mümkün seçkilərin tarixi barədə açıqlama verilməyib.
Hazırda HƏMAS hərəkatı Qəzza sektoruna nəzarət edir, eyni zamanda rəqib hərəkat sayılan FƏTH, Fələstin milli adminstrasiyası vasitəsi ilə İordan çayının Qərb sahilinə nəzarət edir.
FƏTH və HƏMAS artıq 3 dəfə münaqişənin sonlanmasına və Fələstin siyasi sisteminin vəhdətinin bərpasına dair razılığa gəliblər, lakin hər dəfə razılığı kağız üzərində qalıb, ya da ki, implementasiyanın ilkin mərhələlərində yerindəcə “addımlayıb”. Hərəkat təmsilçiləri arasındakı növbəti görüş iyun ayında, Qətərin paytaxtı Doha da baş tutmuşdu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24