Azəri
Saturday 4th of May 2024
0
نفر 0

Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə özü, Zülfüqar Mikayılzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin İyulun 22-də bu işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında deyib: "Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini "oğru İlham Əliyev" adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kit
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə özü, Zülfüqar Mikayılzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin İyulun 22-də bu işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında deyib: "Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini "oğru İlham Əliyev" adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabça bütün bu işin taleyini həll eləyir ".

Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırıblar.

Tale Bağırzadə isə bir daha iş materialları arasında olan "Hacı Tale Bağırzadənin müraciəti" adlı kitabçadan danışıb:

"İstintaq bizə 23 maddə ilə ittiham verib və bunların da hamısı o kitabçanın üzərində qurulub. Bütün tutulan adamların evindən o kitabçanı "çıxarıblar". Keçən dəfə də dedim ki, o kitabça 26 noyabrdan sonra hazırlanıb. Bu da istintaqın quramasıdı. Səhvlərlə yanaşı, orada belə bir cümlə də var: "Tale Bağırzadə deyir ki, oğru İlham Əliyevə qarşı çıxın". O kitabçanın da, bu sözün də mənə aidiyyəti yoxdur. Bu kitabça ya DTX, ya DİN, ya prokurorluq, ya Prezident Aparatında hazırlanıb. Məmurlar o qədər qudurublar ki, öz rəhbərlərini "oğru İlham Əliyev" adlandırırlar. Bunu mənim adımdan yazmaq nə deməkdir? Bu kitabça bütün bu işin taleyini həll eləyir".

Məhkəmə iki hazırlıq iclasında vəkillərin qaldırdığı çoxsaylı vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən Abbas Hüseynov Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının vəsatətlərin heç birini təmin etməməsinə etirazını bildirib:

"Bu, məhkəmə deyil, tamaşadı. Siz burada YAP məmurlarını müdafiə edirsiz. Mənə birdəfəlik ömürlük verin, çıxım gedim. Mən burada sizin üçün oyuncaq deyiləm, mən məhkəməyə gəlmək istəmirəm. Deyin, məni gətirməsinlər".

Hakim ona xəbərdarlıq edib:

– Siz qaydaları pozursuz, xəbərdarlıq edirəm.

– Mən qaydaları pozuramsa, siz qanunları pozursuz, insanlara divan tutanları müdafiə edirsiz.

İş üzrə məhkəmə baxışı avqustun 3-nə təyin olunub.

Daha sonara Nəsimi Rayon Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Z. Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da İlham Əliyevin bir başa nəzarəti ilə DİN-in Bakının Nardaran qəsəbəsində heç bir çəkiliş aparmadan qanunsuz əməliyyat keçirib. Anti-qanun əməliyyatında ikisi polis olmaqla 7 nəfər əlisilahlə DİN-in əməkdaşları tərəfindən həlak olub. Rəsmi media Nardaranda və Sabunçu polis idarəsinin qarşısında baş verən hadisələrə görə 70 nəfərin saxlandığını bildirmişdi. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil.
Yanan binanın bir qrup sakini aksiya keçirdi
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Fatimiyyə Günləri Azərbaycanda möhtəşəm qeyd edildi (Lənkəran)
Gəncədə Aşura öncəsi həbslər davam edir.
İŞİD İraqda minlərlə qadını qaçırıb
Banqladeş rejimi ateist və homoseksuallara görə anti-İslam siyasətlərə start ...
Əbdül Rəhman Həzrət Əli (ə) ilə təkcə Allahın kitabını və Peyğəmbərin ...
Vəhşi səudiyyəlilər Allahın Evini partladıb Yəmənin Sərari kənd sakinlərini ...
İraqın Əbülfəzlil Əbas (ə) Briqadası Kərbəla – Əl Anbar əyalətlərinin ...

 
user comment