Azəri
Thursday 18th of July 2024
0
نفر 0

SOS!!! Azərbaycanda Altı ayda 110 qadın 28 uşaq intihar edib!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən verilən məlumatda bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib. 2016-cı ilin I yarım ili üzrə res
SOS!!! Azərbaycanda Altı ayda 110 qadın 28 uşaq intihar edib!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən verilən məlumatda bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində isə 72 qadın və 19 uşaq ölüb.

2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-si bağlı qalıb.

İntihar hallarının statistikası və intiharı doğuran səbəblərlə bağlı Tibb Universitetinin professoru, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov bildirib ki, son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb: "Əvvəllər bu dərəcədə deyildi. Səbəb sosial-iqtisadi problemlərdir. İnsanlar da çox həssas olub, kimin xətrinə bir balaca dəyirsən, affekt vəziyyətə düşür".

N.İsmayılov deyib ki, dövlət ölkədə sosial sahədə inkişafa nail olmalı, hüququ durumu və demokratiyanı gücləndirməlidir: "İntiharlarla məşğul olan mərkəzə ehtiyac var, bu sahədə təhqiqat aparılmalı və nəticələr ictimaiyyətə çatdırılmalıdır".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment