Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Malidə terrorçular tərəfindən şəhər ələ keçirilib

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, sionist rejim, Qərb dövlətləri və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən terror qruplaşmasının bir neçə dövlət binasına hücumdan sonra Malinin mərkəzi hissəsindəki Boni şəhərinə nəzarət terrorçuların əlinə keçib. "Hazırda Boni silahlı qrplaşmanın nəzarəti altındadır. Onlar şəhərə girib və bir neçə binalar
Malidə terrorçular tərəfindən şəhər ələ keçirilib

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, sionist rejim, Qərb dövlətləri və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən terror qruplaşmasının bir neçə dövlət binasına hücumdan sonra Malinin mərkəzi hissəsindəki Boni şəhərinə nəzarət terrorçuların əlinə keçib.

"Hazırda Boni silahlı qrplaşmanın nəzarəti altındadır. Onlar şəhərə girib və bir neçə binalara atəş açıblar. Artıq şəhər rayonunda ordu yoxdur. Biz qüvvələrə Duença şəhərinə çəkilməyi əmr etdik ki, yerinə yetirildi" - deyə adının anonim qalmasını istəyən hakimiyyət nümayəndəsi bildirib.

Əhalisi bir neçə min nəfər təşkil edən şəhərin sakinləri terrorçuların havaya atəş açaraq şəhər polis rəisinin evini və bələdiyyəsini yandırdıqlarını qeyd ediblər.

Qeyd edək ki, Boni şəhəri aprel ayında "Ansar Din" terror qruplaşmasının üzvləri tərəfindən hücuma məruz qalmışdı.

Malidə BMT TŞ-nin qərarı ilə MINUSMA sülhməramlıları və BMT TŞ-nin sanksiyaları ilə Fransa qoşunlarının dörd minlik kontingenti yerləşir. 2016-cı ilin iyununda sülhməramlı missiyasının kontingenti terrorçulara qarşı dinc sakinlərin müdafiəsi üçün 2,5 min hərbçiyə qədər artırılıb. Ölkədə 2017-ci ilin 29 martına kimi fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment