Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Siyasi Liderin qızı Zəhra Səmədovadan atasına məktub: Əziz atam, ad gününüz mübarək və bərəkətli olsun! İnşa-Allah.

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün Mövsüm Səmədovun ad günüdür. Bu münasibətlə Azərbaycan İslam Partiyası liderinin qızı Zəhra Səmədova atasına açıq məktub yazıb. Zəhra Səmədova tərəfindən İslamazeri.az-a təqdim edilən məktubu olduğu kimi təqdim edirik:
Siyasi Liderin qızı Zəhra Səmədovadan atasına məktub: Əziz atam, ad gününüz mübarək və bərəkətli olsun! İnşa-Allah.

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün Mövsüm Səmədovun ad günüdür. Bu münasibətlə Azərbaycan İslam Partiyası liderinin qızı Zəhra Səmədova atasına açıq məktub yazıb.

Zəhra Səmədova tərəfindən İslamazeri.az-a təqdim edilən məktubu olduğu kimi təqdim edirik:

 

“Bağışlayan və Mehriban Allahın adıyla

Salam Atacan. Ümüd edirəm ki, aclıq keçirdiyin bu günlərdə halınız yaxşı olsun və başlatdığınız mübarizə Allahın köməyi ilə təsirli olsun, millətimiz və xalqımızı düşündürsün...

Sizin işləriniz bizə ümüd bəxş edərək, məqsədimizi xatırladır. Puç və zillətli bir həyatdan uzaqlaşdıran məqsədləri...

Həzrət İmam Hüseynin (ə) (canımız ona fəda olsun) hədəflərini. İnsanı boğan və insaniyyəti məhv edən sükütu qırıb, bu yorucu həyatı kənara ataraq insaniyyət, şərəf və ədalət uğrunda söz açıb danışmaq, düşünmək və ona əməl etmək bəzən çətin olsa da, lakin insaniyyətə xas və yaraşandır...

İmamlarımız (ə) necə əməl etdilərsə, əgər müsəlman və şiəyiksə (Əhlibeyt tərəfdarıyıqsa), biz də elə əməl etməliyik, kafirləri narahat etsə belə. Bunları əməldə sizdən öyrəndim və öyrənirəm...

Atacan, sizə təşəkkür edirəm və sizinlə fəxr edirəm. Allahdan Sizə ömrünüzün yeni ilində zəfər, dünya və axirət səadəti, hədəflərinizdə müvəffəqiyyət və can sağlığı diləyirəm. Həmişə, sonacan sizinləyik, İnşa-Allah.

Dualarınızda bizi də yad edin. Bütün vücüdumla sizi sevirəm və sizin kimi Ata bəxş etdiyinə görə Allaha bilmirəm necə şükr edim? Əziz atam, ad gününüz mübarək və bərəkətli olsun! İnşa-Allah.

 

Hörmətlə: qızın Zəhra”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment