Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İlahiyyatçı Seyid Elman Ağazadənin səhhətində problemlər yaranıb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanın tanınmış ilahiyyatçısı seyid Elman Ağayevin vəkili Akif Əliyev müvvəkilinin səhhətində bir sıra problemlər yarandığını deyib: "Seyid Elman bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman başından aldığı zərbələrə görə başında kəskin ağrılar olur. Müəyyən həddə şişlər də mövcuddur. Bunu
İlahiyyatçı Seyid Elman Ağazadənin səhhətində problemlər yaranıb

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanın tanınmış ilahiyyatçısı seyid Elman Ağayevin vəkili Akif Əliyev müvvəkilinin səhhətində bir sıra problemlər yarandığını deyib: "Seyid Elman bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman başından aldığı zərbələrə görə başında kəskin ağrılar olur. Müəyyən həddə şişlər də mövcuddur. Bununla bağlı prokurorluq qarşısında vəsatət qaldırdıq. Təmin olundu ki, penitensiar xidmətindən kənarda, 1 saylı Şəhər Klinik Xəstəxanasında müayinədən keçsin. Qərar verilsə də, hələ ki, icra olunmayıb.”

Vəkil Akif Əliyev daha sonra deyib: “Elman Ağazadənin müayinə olunması gecikdirilir. İkinci məsələ böyrək ya da prostat vəzilərindəki kəskin problemlər yaranıb. Bununla bağlı müraciət etmişəm penitensiar xidmətin baş idarəsinə. Hazırda bu işlə məşğuldurlar. Dünən Elman Ağayevi müayinəyə. Bu gün də müalicə üçün aparmalıydılar. Əlaqə saxlaya bilməmişəm. Baxaq görək nə olacaq."

Ruhani Elman Ağayevin işi ilə bağlı isə vəkil bunları deyib: "İstintaq əməliyyatları aparılmır, avqust ayında maddələrdə bir balaca dəyişik oldu. Elə həmin zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı bir dəfə. Saxlanıldığı gündən bu yana hər hansı bir istintaq işi aparılmır. Belə ümumi işdə heç bir dəyişiklik yoxdur."

Xatırladaq ki, ötən ilin noyabr ayının 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı “Müsəlman Birliyi” hərəkatının rəhbəri Tale Bağırov və çox sayda kənd sakini saxlanılıb. Eyni ərəfədə də Bakı, Lənkəran və Gəncə şəhərlərində də əməliyyatlar keçirilərək çox sayda dindar və ruhani saxlanılıb. Lənkəranda təşkil olunan əməliyyat zamanı ilahiyyatçı seyid Elman Ağayev , Bakıda keçirilən əməliyyat zamanı ilahiyyatçı, Quran elmləri üzrə mütəxəssis Zülfüqar Mikayılzadə saxlanılıb.

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment