Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Moskva Müsəlmanları Ruhani İdarəsi azərbaycanlıların Cümə məscidində toplanmasını qadağan edib.

Moskva Cümə məscidində dünən baş verən qarşıdurmada təqribən 200 azərbaycanlı iştirak edib. N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb. Təşkilat sədri vurğula

Moskva Cümə məscidində dünən baş verən qarşıdurmada təqribən 200 azərbaycanlı iştirak edib. N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb.
   Təşkilat sədri vurğulayıb ki, Moskva Müsəlmanları Ruhani İdarəsi "Əhli-Beyt" icmasına rəsmi məktub göndərib: "Məktubda qeyd olunub ki, azərbaycanlılara Məhərrəm ayı ilə bağlı Cümə məscidində tədbirlər keçirməyə icazə verilmir. Bunu müxtəlif icmalar arasında münaqişə ola biləcəyi ilə əsaslandırıblar. Biz 20 ildir Cümə məscidində analoji tədbirlər keçiririk. İndi məsciddə aparılan yenidənqurma işlərindən sonra toplaşmağımıza icazə vermirlər. Bazar ertəsi normal qaydada məsciddə toplaşaraq namazımızı qılıb, duamızı etdik. Amma sonrakı gün kimlərinsə təhrikinə görə digər müsəlmanları bizə qarşı qoydular".
  O əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur: "Bu səbəbdən azərbaycanlılar İranın Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində toplaşmağa məcburdur".
N.Baloğlanovun sözlərinə görə, təşkilat dəfələrlə imanlıların dualarını edib, namazlarını qılmaları üçün məkan ayrılması xahişi ilə Moskva meriyasına və azərbaycanlıların diaspor təşkilatlarına müraciət edib, amma bunun heç bir nəticəsi olmayıb, məsələ "ölü nöqtə"dən tərpənməyib.
Xatırladaq ki, dünən gecə Moskva Cümə məscidinə toplaşan azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc məscid otağına daxil olaraq azərbaycanlılara hücum edib və onların məscidi tərk etmələrini tələb edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində xəsarət alan olmayıb.
Bu gün hadisə ilə bağlı Moskva Müsəlmanları Ruhani İdarəsində Rusiyanın baş müftisi Ravil Qaynuddinin iştirakı ilə görüş keçiriləcək.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment