Azəri
Sunday 5th of January 2025
0
نفر 0

İmam Səccad ələyhis-salamın möcüzələrindən biri

Rəvayət olunub ki, Həccac ibn Yusif İmam Zeynulabidin ələyhis-salamı Bağdadda həbs etmişdi. Həbsxanada başqa bir kişi də var idi. Bir gecə o kişi övladlarını xatırlayıb çox ağladı. Həzrət mənəvi nur vasitəsi ilə onun nədən ağladığını bilirdi. Gecənin yarısından ötmüşdü. Namaz qıldıqdan sonra İmam Zeynulabidin ələyhis-salam ona buyurdu:

ələyhis-salamı Bağdadda həbs etmişdi. Həbsxanada başqa bir kişi də var idi. Bir gecə o kişi övladlarını xatırlayıb çox ağladı. Həzrət mənəvi nur vasitəsi ilə onun nədən ağladığını bilirdi.
Gecənin yarısından ötmüşdü. Namaz qıldıqdan sonra İmam Zeynulabidin ələyhis-salam ona buyurdu:
- “İstirsənmi evinə gedib ailəni və övladlarını görəsən?”
 O kişi bu sözü eşitdikdə ağlayaraq cavab verə bilmədi. O həzrət buyurdu:
-“Əlini mənə ver və gözlərini bağla.” O kişi əlini həzrətin əlinə qoyub gözlərini bağladı. Bir az keçdikdən sonra həzrət buyurdu:
-“Gözlərini aç!”  O kişi gözlərini açanda özünü öz evində gördü. Həzrət buyurdu:
-“Get ailəni və övladlarını gör, onlarla sözünü yenilə, uşaqlarının halından xəbər al və gəl.” O kişi öz evinə gedib ailəsini və uşaqlarını gördü. Onlar İmam Səccad ələyhis-salamın halını soruşdular. O kişi də o həzrət İmam Səccad ələyhis-salamın halını deyən zaman ağladı və hamılıqla ağlaşdılar. Onların ağladığını görəndə o kişi çölə çıxdı və həzrət Səccad ələyhis-salamın hüzuruna gəldi. O həzrət onun əlini tutub buyurdu:
-“Gözünü aç !” O, gözünü açanda özünü həbsxananın içində gördü.
Rəvayət olunur ki, o zamanlar İmam Səccad ələyhis-salamın on yeddi yaşı var idi. O həzrət on iki yaşda olarkən o dövrün alimlərinə dərs deyir, şəriət qaydalarını öyrədirdi. 


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərs, qara ləkəli və geniş ürəklər
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Dünya nemətlərinə qərq olmaq insana Allahı unutdurar
Ərəfаtdа vüquf
İMАM HÜSЕYNIN (Ә) İNQLİBAININ SƏBƏBLƏRİ
QURANIN ELMİ MƏSƏLƏLƏRİNİN MÜSƏLMANLARIN İNKİŞAFINDA ROLU
10 HƏDIS (18)
Islami rəvayətlərdə bayram günləri
Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir?
İmam Hüseyn (ə) - şəhidlər ağası

 
user comment