Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Ərbəin Zəvvarlarına Olunan Tövsiyələr

Xəbər Agentliyi Ərbəin Ziyarətinə gedən zəvvarlar bir sıra tövsiyələr verir. 1- Zəvvarın ziyarət üçün xərclədiyi pul halal olmalıdır. Murdar və yaxud qəsbi su ilə dəstəmaz almaq batil olduğu kimi qəsbi mal ilə ziyarətə getmək də batildir. Çünki, ziyarətin kəmalının qəbul olunması ziyarətə xərclə
Ərbəin Zəvvarlarına Olunan Tövsiyələr

Xəbər Agentliyi Ərbəin Ziyarətinə gedən zəvvarlar bir sıra tövsiyələr verir.

1- Zəvvarın ziyarət üçün xərclədiyi pul halal olmalıdır. Murdar və yaxud qəsbi su ilə dəstəmaz almaq batil olduğu kimi qəsbi mal ilə ziyarətə getmək də batildir. Çünki, ziyarətin kəmalının qəbul olunması ziyarətə xərclənilən pulun halal olmasından aslıdır.

2- Zəvvar səfərə çıxmamışdan öncə səy etməlidir ki, haqqları boynunda olanlardan, xüsusi ilə də, borclu olduğu şəxslərdən halallıq alsın. Əks təqdirdə məzlum insanların narazı qalmaları zəvvarın ziyarətinin qəbul olunmasına maneə yarada bilər, yaxud da ki, xüsusi bərəkətin nazil olmasının qarşısını ala bilər.

3- Daha yaxşı olar ki, zəvvar evindən hərəkət etdiyi vaxtdan ziyarətin sonunadək öz əməllərinə diqqət yetirsin, nəfsani istəklərdən uzaq olsun, ixlasla hərəkət etsin, haram və bəyənilməyən işlərdən uzaqlaşsın. Çünki bu işlər onun imanının artmasına səbəb ola bilər.

4- Piyada ziyarətə getmək olduqca gözəldir. Xüsusi ilə, əgər hüzuri qəlblə ola. Zəvvar hərəmə getmək isdədikdə elə bir yol ilə getməlidir ki, yol üstündə onun zehnini məşğul edən və diqqətdən yayındıran amillər az olsun. Daha yaxşı olar ki, zəvvar yol boyu zikr ilə məşğul olsun.

5- Ziyarətin göstərişlərinə (ziyarət qüslu kimi əməllərə) əməl etməkin çoxlu faydası vardır. Ziyarət qüsulnu verdikdə onun zikirlərini demək insanın ruhunun daha da paklanmasına səbəb olar.

6- Ziyarətin şərtlərindən biri də, İslam Peyğəmbərinin (s) və Əhli Beytin (ə) sünnəsinə uyğun olaraq təmiz paltarlar geyinib xoş qoxulu ətirlər ilə ətirlənməkdir. Yaxşı deyil zəvvar çirkli bədən və libaslar ilə ən pak insanların qərar tapdıqları müqəddəs məkanlara daxil olsun.

7- Daha yaxşı olar ki, insan ziyarətə getdikdə bu ziyarətin yüz iyirmi dörd min Peyğəmbərlər tərəfindən, Allah Övliyaları tərəfindən, qohum və əqrəbaları tərəfindən getdiyini niyyət etsin. Çün ki, bu iş şəxsin İmamlara, Peyğəbərlərə və yaxınlarına olan sədaqətini göstərir. Təbidir ki, Allah Övliyaları və Peyğəmbərlər bu hədiyyənin bir neçə qatını zəvvara qaytaracaqdır.

8- Zəvvar daim bu fikirdə olmalıdır ki, mümkündür bu ziyarət onun sonuncu ziyarəti olsun. Belə bir düşüncənin faydalarından biri də, insan ziyarət zamanı süstlükdən uzaqlaşır.

9- Hərəmə daxil olarkən “İzni Duxul”- (daxil olmaq üçün icazə) duasın oxuyun və İmamdan icazə almaqın mənasına diqqət yetirin. İcazə almaqınıza müsbət cavab verməyin nişanələri vardır, onlardan biri də, zəvvarın kövrəlməsi və göz yaşları axıtmasıdır.

10- Zəvvar buna diqqət yetirməlidir ki, qarşısında dayandığı şəxsiyyət onun sözlərini eşidir və salamının cavabını alır. Ona görə ki, dinin İlahi rəhbərləri və Məsum İmamlar Şəhidlərdir. Qurani Kərim isə Şəhidlər haqqında buyur ki, onlar diridirlər.

11- Ziyarət etdikdən sonra rəca (Allah bu namazı qəbul edər) niyyəti ilə iki rəkət namaz qılın. Bu namazda Həmd sürəsindən sonra hər hansı bir sürəni oxumaq olar lakin daha yaxşı olar ki, insan birinci rükətdə Həmd sürəsindən sonra Yasin sürəsini oxusun və ikinci rükətdə Həmdən sonra Əl Rəhman sürəsini oxusun, sonra Allah Təaladan bütün istəklərini diləsin.

12- İnsan süfrə başında əyləşdiyi zaman müxtəlif çeşitli xörəklərdən istifadə etdiyi kimi yaxşı olar ki, ziyarət zamanı da, müxtəlif dualardan istifadə etsin. Buna görə də Hərəmə daxil olduqda müstəhəbdir ki, ziyarət namazı qılsın, müxtəlif dualar oxusun, Qurani Kərimi tilavət etsin və s. yaxşı işllər görsün.

13- Həmçinin Cümə günləri həzrəti Fatiməi Zəhraya (səlamullahi əleyha) İstiğasə Namazı qılmaq, İmam Zaman (Allah zühurunu tezləşdirsin) həzrətlərinin namazın qılmaq və həzrəti Cəfəri Təyyarın (əleyhi səlam) namazın qılmaq ən yaxşı əməllərdəndir.

14- Hər bir şeydə olduğu kimi ziyarətdə də kəmiyyət deyil keyfiyyətə üstünlük verilir. Ona görə də, hüzuri qəlb ilə qılınan iki rəkət namaz hüzuri qəlbsiz qılınan çoxlu namazlardan və gecəni bihudə oyaq qalmaqdan üstündür.

15- Daha yaxşıdır ki, zəvvar hərəm daxilində Allah Təalaya çoxlu şükür səcdələri etsin. Xüsusi ilə də, əgər həmin məkanlarda özündə ruh yüksəkliyi hiss edərsə.

16- Zəvvar namazın ilkin vaxtında qılınmasına diqqət yetirməlidir. Çünki namazın əvvəl vaxtında ziyarətə getmək namazı yüngül tutmaqdır və bu bəyənilməyən işdir. İmam Hüseynin (əleyhi səlam) Aşura günü döyüşün qızğın yerində Zöhr və Əsr namazlarını öz vaxtında qılması buna açıq dəlildir.

17- İmam Zaman (Allah onun zühurunu tezləşdirsin) həzrətlərinin gəlişi haqda duaları artılmalıyıq. Xüsusi ilə də Allah Təalaya daha yaxın olduğumuzu qəlbən hiss etdikdə bu duanı təkidlə deməliyik. Mümkündür İmam Zaman həzrətləri həmin dəqiqə bizim kənarımızda olsun bə bizim ona dua etdiyimizi görüb O da, Amin desin... Həqiqətən də, İmam səma ilə yer arasında olan əlaqə mənbəyidir. Onun vücudu xatirinə göylər öz bərəkətini yerə nazil edir, yer və göylər sabit qaydada hərəkətdədir.

18- Zəvvar mütləq Məsumdan (əleyhi səlam) istəməlidir ki, yetimə diqqət yetirdiyi kimi ona da belə diqqət yetirsin. Çünki bu Məsum (ə) tərəfindən insana verilə biləcək ziyarətin ən ali hədiyyəsi sayıla bilər. Doğrudan da insan üçün Məsumun (ə) ona qəyyumluq etməsindən daha gözəl nə ola bilər?

19- Əgər zəvvar ziyarət boyu özündə qəlbiqaralıq hiss edərsə özünü ziyarət sahibinə tapşırmalıdır. Ona təvəssül edərək Allah yanındakı məqamına xatir  Uca Allahdan yardım diləməlidir. Həqiqətən də Məsumlar ən çətin və pis dərdləri ən gözəl sürətdə dərman edə bilən təbiblərdir...

20- Daha yaxşı olar ki, zəvvar ziyarət zamanı maddi və mənəvi arzularını diləməklə yanaşı Allah Təaladan ali mənəvi məqamlara yüksəlməsini də tələb etsin. Bir çox insanlar olub ki, bu yol ilə dərk olunmaz ali məqamlara və kəramətlərə nail olublar.

21- Diqqətli olmalıyıq ki, bütün səylərimizi ancaq hacətlərimizin qəbul olunmasına doğru yönəltməyək. Ola bilsin ki, bu rəftar insanda ümüdsüzlük yaratsın. Çünki mümkündür ki, Allah Təala məsləhət üzündən bəzi hacətlərimizi bu dünyada bizə verməsin. Lakin bilməliyik ki, bu dünyada qəbul olunmayan hacətlərimizin əvəzində Allah Təala axirət evində insana dünyadakı hacətləri ilə müqayisə olunmayan böyük bir hədiyyə verəcəkdir.

22- İnsanın emosiyalarını və daxili duyğularını oyada biləcək ən yaxşı ziyarət birinci və axrıncı ziyarətdir. Ona görə ki, birinci ziyarətdə insan böyük ruh yüksəkliyi ilə, axrıncı ziyarətdə isə hicran qəmi ilə ziyarətə gedir. Buna görə də bu iki ziyarətin qədr və qiymətin biliyik...

23- Ziyarət zamanı zəvvarlar ziyarət sahibinin yanında bir-biriləri ilə rəftar edərkən övladların valideyn hüzurunda rəftar etdikləri kimi diqqətli olmalıdırlar. Deməli digər zəvvarlar ilə xoş rəftar etmək əslində özümüzün xeyrinədir. Çünki Atamız görür və bizim bu işimizdən xoşu gəlir, bizdən razılıq edir. Habelə pis rəftar etməyimiz də belədir.

24- Qonaq getdiyimiz evdə təmizlikə riayət etmədikdə ev sahibini rahatsız etdiyimiz kimi zəvvar da, Ali Məqamlı Şəxsiyyətin ziyarətinə getdiyi zaman hərəmdə təmizlik və səliqə-sahmana diqqət yetirmədikdə Məsum İmamın (ə) narahatçılığına səbəb ola bilər. Elə buna görə də, hərəmin təmizlikinə riyayət etməliyik.

25- Zəvvar ziyarət etdiyi müddət ərzində (ziyarətə gedib evinə geri döndüyü günə kimi) bütün günahlardan çəkinmək niyyətində olmalıdır. Belə ki, geriyə, vətənə döndüyü zaman özü və digərləri onun simasında yeni bir nurun sacdığını hiss etməlidir. Necə ki, İmam Əli (əleyhi səlam) buyurur: “Diliniz ilə deyil əməliniz ilə təbliğ edin.”

26- Zəvvar çalışmalıdır ki, digər insanları  müqəddəs məkanlara gedib ziyarət etməyə təşviq etsin və onlardan Məsum (əleyhi səlam) ilə onun arasında şəfaətçi rolun ifa etmələrini istəsin.

27- İnsan əgər ziyarət etdiyi müddət ərzində günahdan çəkinib nəfsin istəklərindən uzaq olmasını ömürünün axırına kimi yerinə yetirə bilərsə əbədi səadətə qovuşar. Unutmamalıyıq ki, həyat yalnız belə bir gözəl anlardan ibarətdir.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin
Adəm Peyğəmbər (ə) və onun yaranması
İBADƏTİN BƏLALARI
. Ənam surəsi
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment