Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İmam Hadinin (ə) şəhadətinin ildönümü günü Samirra şəhəri 1 milyondan artıq zəvvarı qəbul edib

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq rəsmilərinin bildirdiyinə görə, Şiələrin 10-cu Məsum İmamı, Hadi (hidayət edən) ləqəbi ilə məhşur olan həzrəti Əliyyən Nəqinin (əleyhi səlam) Şəhadətinin ildönümü günü Samirra şəhəri ölkənin müxtəlif bölgələrindən ziyarətə gəlmiş 1000,000-dan artıq zəvvarı qəbul edib. İraqlı rəsmi, məxsusən bu mərasim üçün nəzərdə tutulmuş təhlükəsizlik məsələsinin müvəffəqiyyətlə həyata keçirə bildiklərini açıqlayaraq deyib: “Azğın təkfirçilərin
İmam Hadinin (ə) şəhadətinin ildönümü günü Samirra şəhəri 1 milyondan artıq zəvvarı qəbul edib

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq rəsmilərinin bildirdiyinə görə, Şiələrin 10-cu Məsum İmamı, Hadi (hidayət edən) ləqəbi ilə məhşur olan həzrəti Əliyyən Nəqinin (əleyhi səlam) Şəhadətinin ildönümü günü Samirra şəhəri ölkənin müxtəlif bölgələrindən ziyarətə gəlmiş 1000,000-dan artıq zəvvarı qəbul edib.

İraqlı rəsmi, məxsusən bu mərasim üçün nəzərdə tutulmuş təhlükəsizlik məsələsinin müvəffəqiyyətlə həyata keçirə bildiklərini açıqlayaraq deyib: “Azğın təkfirçilərin 10 (İmam Əliyyən Nəqi əleyhi səlam) və 11-ci (İmam Həsən Əskəri əleyhi səlam) İmamların mərqədlərində terror aktlarını törədə bilməmələri üçün, ictimaiyyətin müxtəlif təbəqələri Samirra şəhərinin Polis Bölməsi və Silahlı Qüvvələri ilə yaxından həmkarlıq etmişlər.”

İraqlı rəsmi daha sonra zəvvarların təlükəsizlik məsələsi üzərində daha ciddi olduqlarını vurğulayaraq bildirib: “Bağdad və Samirra şəhəri arasındakı magistiral yol boyu müxtəlif istiqamətlərdə zəvvarların rifahı üçün istirahət və tibb mərkəzləri qərar verilmişdir.”

Digər tərəfdən isə, yəhudi, xaçpərəst və buddistlərin qanlarını deyil məhz Müsəlman qanının axıdılmasını vacib bilən sələfi –təkfirçi ünsürlər ayrı ayrılıqda iraqın müxtəlif bölgələrində terror aktı həyata keçirərək 20 Müsəlmanı Şəhid etmiş daha 58 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə yaralamışlar.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)
Əmanətdarlıq
Səmavi ad
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İSLAMDA TƏBABƏT
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır
Quran Fatimə (s) ismətinin sənədi

 
user comment