Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Nardaran əməliyyatında güllələnən Əbülfəz Bünyadov həbsdən buraxıldı

Nardaran əməliyyatında güllələnən Əbülfəz Bünyadov həbsdən buraxıldı

Agentliyinin verdiyi məlumata görə-Ötən il noyabrın 26-da Nardaranda əməliyyat keçirilərək evi gülləbaran edilən, iki qardaşı qətlə yetirilən, özü isə aldığı güllələrdən iflic olan və buna baxmayaraq, həbs olunan Əbülfəz Bünyadov azadlığa buraxılıb.
Qeyd edək ki, Əbülfəz Bünyadov Nardaran əməliyyatında güllələnəndən sonra yataq xəstəsi olduğundan həbs olunandan bəri Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Baxmayaraq ki, həmin əməliyyat nəticəsində həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə yanaşı, ona da cinayət işi açılmış və ağır ittihamlar verilmişdi. Amma o, hərəkət edə bilmədiyindən barəsindəki cinayət işi ayrıldı və məhkəməyə göndərilmədi.
Qeyd edək ki, əməliyyat zamanı Əbülfəz Bünyadovun qardaşı Rəfael Bünyadov da güllələnərək öldürülüb. Taleh Bağırzadə məhkəmədə ifadəsində bildirmişdi ki, digər qardaşı Fərail Bünyadov onlarla birlikdə həbs olunmuşdu. Lakin onları evdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararkən yolda polislər avtomatın qundağı ilə başına vura-vura öldürüblər.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İran İslam Respublikasının məsul şəxsləri İmam Xamenei cənablarının ...
Ayətullah Şeyx İsa Qasimə hökm oxunmasina son 6 gün
Şeyx Səfi məqbərəsinin kənarında 19 Yanvar “Dünya Müsəlman Azəriləri” ...
Əl Şəbab terrorçuları Muqadişoda hotelə hücum etdi, 15 ölü 27 yaralı
İsveçrənin XİN-in müavini Nəcəfi Əşrəfdə İmam Əlinin (ə) pak hərəmini ...
ÇOX YATMAĞIN VƏ ÇOX DANIŞMAĞIN PİS TƏ᾽SİRLƏRİ
İmam Xamenei cənablarının ictihad və mərcəiyyətini təsdiqləyən müctəhid və ...
PAŞAZADƏNİN AXUNDU İLHAM HOCANIN SƏRGÜZƏŞTLƏRİ DAVAM EDİR
«Əllinci Görüş»
Təhlükədə olan TALIŞ milli kimliyi

 
user comment