Azəri
Saturday 27th of July 2024
0
نفر 0

Natiq Kərimovun məhkəməsinin vaxtı məlum oldu

Natiq Kərimovun məhkəməsinin vaxtı məlum oldu

Hakimiyyətə xəyanətdə təqsirləndirilərək barəsində ev dustaqlığı seçilən Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub.

Trend-in məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatına verilsə də, hazırlıq iclasında hakim özünə etiraz edərək bildirmişdi ki, həmin iş üzrə istintaq Dövlət Təhlükəsizlik Xidmətində aparılıb və bu iş üzrə istintaq qrupunun üzvü olan Emil İsmayılzadə onun oğludur. Bundan sonra iş onun icraatından götürülüb. Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq bu il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Qeyd edək ki, İ.ƏHədov da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Diqqət Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qobustan həbsxanasına salınan AİP Lideri və digər məhbusların hüquqları hər ...
Ислам атрибутларына нөвбәти еһтирамсызлыг - 700 ...
Birirsinzmi dünya və axirəti kim uddu ?
Kaduna şəhəri də Şeyx Zəkzəki və həbs edilən yüzlərlə Şiənin azad ...
Yəhudi terrorçuları daha 3 fələstinli cavanı Şəhid etdi
İmam Hüseyn(ə) adına təşkil olunan matəm məclisinə hücüm olub.
İngiltərə padşahlıq rejimi qarışdı, polis etirazçılara qarşı zorakılıq etdi
ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI
ŞOK! Azərbaycanda 7-ci sinif şagirdi intihar edib
İrana qarşı kimyəvi hücumun ildönümü-Reportaj

 
user comment