Azəri
Thursday 25th of July 2024
0
نفر 0

İmam Hüseynin (ə) milad bayramı hərkəsə mübarək

İmam Hüseynin (ə) milad bayramı hərkəsə mübarək

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Həzrət Hüseynin (ə) mövlud günüdür.

İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. İmam (ə) ömrünün altı ilini babası Peyğəmbər (s) ilə keçirib. Həzrət Peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası Həzrət İmam Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atasını müdafiə edib. Atasının şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib, onu rəhbər və imam kimi qəbul edib.

İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra İmam Әlinin (ə) 46 yaşında olan ikinci oğlu İmam Hüseyn (ə) xəlifəlik və imamət məqamına yetişib. Lakin İmam Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid qoşunu tərəfindən şəhid edilirlər.

İmam Hüseyndən (ə) söz düşdükdə, adətən, Peyğəmbər övladının 57 illik ömür yolunun sonuncu mərhələsinə diqqət yetirilir. Əlbəttə ki, Kərbəlada baş verən hadisə nəinki İslam ümmətinin, ümumilikdə bəşəriyyətin tarixində dönüş nöqtəsi olub, lakmus kağızı rolunu oynayıb. Hicrətin 61-ci ilində baş vermiş hadisədən sonra məhz bu faciəyə münasibətlə İmam Hüseynə (ə) dost və düşmənçiliklə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başlanılıb. Həzrət Peyğəmbərin (s) söylədiyi bu kəlamlar Adəm övladı üçün İmam Hüseynin (ə), ümumiyyətlə Əhli-beytin (ə) əhəmiyyətindən xəbər verir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik etmişdir”.

Lakin artıq dillər əzbəri olmuş “Hüseyn məktəbi” ifadəsi yüksək amallar, Allah yolunda yalnız candan keçmək demək deyil. Bu, Allaha sevginin, sadiqliyin nümayişinin son, kulminasiya nöqtəsidir. İmam Hüseyn (ə) Kərbəlaya yetişmək üçün 57 illik bir yol qət etmişdi. Amma həyatının hər anında, hər mərhələsində yaxşılığa dəvət edib, pislikdən çəkindirmişdi. Vasitələr isə müxtəlif olmuşdu: məktublar, moizələr, nəsihətlər.

İmam Hüseynin (ə) həyatının bütün mərhələləri qəhrəmanlıq və şücaət məktəbidir. Əsrlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-beytdən (ə) söz düşdükdə, hər imam fərqli simalarda təsvir edilir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏYA İSLAMIN LİBASIDIR
VƏHHABİLİK (6)
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri
MATURİDİYYƏ MƏZHƏBİ (2)
Ayətullah əl-uzma Safi Gülpayiqani Məşhəddə keçirilən “Sınmış inci” ...
111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?

 
user comment