Azəri
Friday 19th of July 2024
0
نفر 0

Rövşən Əhmədli:“Azərbaycanda “Qüds Günü” dövlət tərəfindən qeyd olunmalıdır”

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İlk dəfə 1979-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin (r.ə) təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilən "Qüds günü" artıq beynəlxalq miqyasda qeyd olunur. Belə ki, hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli “İslaminSesi” nə müsahibəsində bildirib ki, “Beynəlxalq Qüds günü" ilə   bütün dünyada zülmə, zalıma, təcavüzə, işğala həmrəylik nümayiş etdirmək ənənəsi qoyuldu. Bu yalnız müsəlmanların vəzifəsi yox, dünyanın hər yerindən olan insanpərvər, sülhsevər, ədalətsevər insanların həmrəylik günüdür. "Qüds günü" həm “Bosniya günü”, həm “Qarabağ günü”, həm “Kəşmir günü” kimi xarakterizə olunur. Yəni bu gün rəmzi xarakter daşıyır. Əslində isə bu rəmzin ətrafında birləşən insanlar zülmə, təcavüzə etirazlarını bildirirlər”.

Rövşən Əhmədlinin sözlərinə görə, insanlar ibadət edərək, qəlblərini Allah qarşısında təmizləyərək saflaşırlar: “Digər tərəfdən isə ibadətin ictimai, həmrəylik, bir-birinə kömək etmək tərəfini “Beynəlxalq Qüds günü" - də yerinə yetirirlər. Ona görə də, Azərbaycan işğala məruz qalan, torpaqlarının 20 faizini itirən bir ölkə olaraq, “Beynəlxalq Qüds günü" nü qeyd etməlidir. Çünki “Qarabağın işğalı, Qüdsün işğalının davamıdır”. Biz bu günü qeyd etməklə Qarabağın işğalına etiraz bildiririk. Bu baxımdan Azərbaycanda “Qüds Günü” ictimai siyasi və dini sferada dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment