Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İrana qarşı kimyəvi hücumun ildönümü-Reportaj

Qadın: Sərdəşt sakiniyəm. Mən bu otuz il ərzində arzu edirdim ki, bir gecə dərmansız və oksigensiz yatam.

Kişi: Əllərim iflic olub, bunlardan qan axır.
Qadın: Anam Sərdəştdə bədən xəsarəti alanlardandır və otuz ildir ki, əzab çəkir.

Bu hekayət mənim şəhərimin əhalisinin hekayətidir. Sərdəştin hekayəti; bu şəhər 1360-cı günəş ili tirin yeddisində kimyəvi silahın qurbanı oldu. Və dünyanın ilk kimyəvi şəhəri ləqəbini aldı.

Qadın: Bu, anamın, bu da bacımın qəbridir. Bir ailədən 13 şəhid verdik və mənimlə qardaşım qaldı.

Kişi: Cənab Heydəri mənim futbol məşqçim olubdur. Kimyəvi əlil oldum və daha futbola gedə bilmədim.

Bu hekayət, sükut hekayətidir.

Kişi: Sərdəştin kimyəvi bombardmanı dünya ictimaiyyəti və medialarının tam sükutu içində baş verdi.

Qadın: O zamanın sükutu indiki İŞİD qruplarının yaranmasına bais oldu.

Qadın: İndi də İŞİD Səddam kimi bütün dünyanın canına düşüb.

Bu hekayət müdafiəsiz insanların məzlumluğu hekayəti və mənim ölkəmin and içmiş düşmənlərinin hekayətidir.

Kişi: O zaman Səddamın arxasında duranlar bu gün təkfirçilərin dalında dururlar.

Kişi: Bizim dövrümüzün səddamları bu gün İŞİD-ə və təkfirçilərə çevrilərək, Yəməndə və Suriyada qətli-am törədirlər.

Bu hekayət, şəhid Qadir Mollapurun hekayətidir. O, Sərdəşt əhalisinin əyani şahidi kimi beynəlxalq məhkəmələrdə insan haqlarının yalançı iddiaçılarının rüsvayçılıq təbilini çaldı və onların əsl simasını göstərdi.

Qadir Mollapur yaxşı bir iş gördü. Sərdəştə qarşı kimyəvi bombardmanın törətdiyi insan faciəsində əlləri olmuş qərblilər məhkum edildilər. Amma nə faydası, yenə də kimyəvi silahlar istehsal olundu. Kimyəvi bomba düzəldildi və yenə də təkfirçilərin ixtiyarına verildi ki, bu dəfə də onları Suriya və Yəmənin məzlum xalqlarına qarşı istifadə etsinlər. Və yenə də bir kəsin səsi çıxmadı və yenə də bu sükut davam edir.
..........

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment