Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Sepah Pakistanla sərhəddə 3 terrorçunu zərərsizləşdirdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasnın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə Sepah ilə terrorçu qruplaşma arasında silahlı toqquşma olub.

Bu barədə Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin ümumi rabitə qərəgahı ötən gün gecə bəyanat yayımlayıb: “Şənbə günü 24 tir ayında (15 iyul), əsr vaxtı dünya istikbarçılarına və xarici kəşfiyyat orqanlarına aid bir qrup terrorçu Pakistan torpaqlarından yüngül və küncdən vuran (Corner shot) silahlarla İran İslam Respublikasının Sərəvan məntəqəsindəki sərhədçilərinə atəş açıblar.”

Bəyanatda daha sonra bildirib: “Terrorçular Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin cavab atəşinə məruz qalıblar. Atışmalar nəticəsində bir azğın terrorçu məhv edilmiş və daha iki terrorçu ağır yaralanmışdır.”

Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin ümumi rabitə qərəgahının verdiyi bəyanatda həmçinin qeyd edilib: “Bir qədər atışmadan sonra terrorçula itki verdiklərini görüncə geriyə, Pakistan torpaqlarının dərinliklərinə tərəf qaçıblar.”

Qeyd edək ki, bəyanatda həmçinin qeyd edilib ki, atışma zamanı sahədə işləyən yerli sakinlərdən iki nəfər kəndçi Şəhid edilib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment