Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlmata görə - İraq Sədr Hərəkatı Lideri Müqtəda Sədr, Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd ibn Səlman ilə Ciddədə görüşdü. Müsahibənin İraqda böyük bir qarşıdurmaya gətirib çıxaracağı gözlənilir.
İraq Sədr Hərəkatı Lideri Müqtəda Sədr, Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd ibn Səlman ilə dünən Ciddədə bir görüş reallaşdırdı.
Əl-Ərəbiyə kanalının verdiyi xəbərə görə; Müqtəda Sədr və Məhəmməd ibn Səlman görüş əsnasında İraq və Ərəbistan arasında ki əlaqələri və hər iki ölkəni yaxından maraqlandıran regional mövzuları müzakirə ediblər.
Səudiyyə Ərəbistanının rəsmi dəvəti ilə bu ölkəyə səfəri təşkil olunan Müqtəda Sədr, Ciddə hava limanında Thamer Al-Sabha tərəfindən qarşılandı.
Müqtəda Sədr, ən son olaraq 2006-ci ildə Səudiyyə Ərəbistanına səfər təşkil etmişdi.
Son həftələrdə Mosulun təkfirçi terror təşkilatı olan IŞİD'in əlindən qurtarılmasından sonra, başda İraq baş naziri, İraq daxili işlər naziri və bir çox İraqlı səlahiyyətli şəxs Səudiyyə Ərəbistanına səfərlər təşkil edərək, Səudiyyə rəsmiləriylə görüşmüşdü.
Səudiyyə Ərəbistanın açıq şəkildə, təkfirçi terror təşkilatı olan IŞİD-i dəstəkləməsi, İraqdakı Səddam tərəfdarına kömək etməsi və son olaraq da Yəmənə hücum etməsinə görə, bu ikili görüş İraqda böyük bir münaqişəyə yol açacağı təxmin edilir.
Qeyd edək ki dünən axşam şimali Ərəbistan bölgəsində yaşayan bir qrup şiə , Müqtəda Sədrə etiraz xarakteri daşıyan çox sərt bir məktub yazıb.
Səudiyyə Ərəbistanın açıq şəkildə, təkfirçi terror təşkilatı olan IŞİD-i dəstəkləməsi, İraqdakı Səddam tərəfdarına kömək etməsi və son olaraq da Yəmənə hücum etməsinə görə, bu ikili görüş İraqda böyük bir münaqişəyə yol açacağı təxmin edilir.