Azəri
Friday 19th of July 2024
0
نفر 0

İsrail İyul müharibəsində məğlubiyyətə uğradığını etiraf edir

İsrail İyul müharibəsində məğlubiyyətə uğradığını etiraf edir

- Livan Hizbullah Hərəkatının Baş katibi Seyyid Həsən Nəsrullah, "Sionistlər İyul müharibəsində Hizbullahı yox etmək istəyirdilər. Lakin müharibədən 11 il keçməsinə baxmayaraq məğlubiyyətə uğradıqlarını etiraf edirlər" deyə bildirib.

Livan Hizbullah Hərəkatıın Baş katibi Seyyid Həsən Nəsrullah, 33 günlük Livan müharibəsinin ildönümü münasibətiylə bir açıqlama verib.

Seyyid Həsən Nəsrullah, verdiyi açıqlamada, "Bu gün dəyər verdiyimiz və qəhrəmanlarımızın fədakarlıqlarını xatırladan böyük bir gündür. 33 günlük bir döyüşdən sonra qazandığımız zəfərin ildönümünü Əl-Həyyam məntəqəsində qeyd edirik. Əl-Həyyam Müsəlmanlar və xristianların dosltuk və sülh içərisində birlikdə yaşadığı bir bölgədir. Bu bölgənin xalqı da bütün Livan xalqı kimi Sionist rejimi qarşısında 33 gün müqavimət göstərdi "deyə bildirib.

Hizbullah Hərəkatının Baş katibi, "İyulda meydana gələn bu döyüş düşmənlərə dağ kimi sinə gərən kəslərin fədakarlıqlarını xatırladır. Lakin Sionistlər onları görüncə siçanlar kimi qaçırdılar. İndiki də Livan torpaqlarına girməyə çalışan hər hansı bir Sionist güc əvvəlkindən daha böyük bir məğlubiyyətə uğrayacaq "dedi.

Nəsrullah sözlərinə bunları əlavə edib, "Sionistlər İyul müharibəsində Hizbullahı yox etmək istəyirdilər. Lakin müharibədən 11 il keçməsinə baxmayaraq məğlubiyyətə uğradıqlarını etiraf edirlər. Əgər ciddi bir Müqavimətimiz olmasaydı bu zəfər həyata keçməzdi. Livanda çox ciddi bir müqavimət vardır. Bölgədəki bütün inkişafların və düşmənlərin fəaliyyətləri nəzərə alınır. Düşmən onun əsl probleminin Müqavimətimiz olduğunu bilir. Müqavimət, heç bir zaman şəxsi məqsədlərin arxasında olmadı. Bəzi siyasətçilər Arsal döyüşündən bizim bir pay istəyəcəyimizi düşünürdü. Buradan bu mövzunu dəqiq bir şəkildə rədd edirəm. Heç bir şeyə göz dikməmişik. Hizbullah Hərəkatı, İyul müharibəsindən sonra daha da güclənmişdir və Sionistlər də buna daim etiraf etmişdir".

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment