Azəri
Friday 19th of July 2024
0
نفر 0

Al Anbarın qərbində sionistyönlü terrorçuların 15 bazası darmadağın edildi, 40 qəsəbə azad edilib

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Təhlükəsizlik Qüvvələri bildiriblər: “Hava Qüvvələrinin dəstəyi ilə, həyata keçirilən son əməliyyatda Al Anbar əyalətinin qərb nahiyyəsində qondarma “İŞİD” adlı sionistyönlü terror qruplaşmasının 15 hərbi bazası darmadağın edilib.”

Hərbi resurslar bildiriblər: “Həşdu Şəbi Könüllü Dəstələr ilə İraq Ordusunun başlatdığı birgə məliyyatda 40 kənd və qəsəbə düşmən qüvvəsindən azad edilib. Habelə Rutbə Hava Limanının cənub və Şimal nahiyyəsi tam sürətdə bizimkilərin nəzarətindədir. Azad olunmuş ərazilər 50 min km məsafəni əhatə edir.”

Qeyd edək ki, ötən gün İraq Baş Naziri Heydər Al İbadi cənabları sionistyönlü “İŞİD” terrorçularının sonuncu mənzilləri olan Al Qaim şəhərinin tam sürətdə azad edildiyi xəbəri elan etmişdir.

Bildirək ki, İraq Silahlı Qüvvələri aban ayının 4-dü (miladi tarixi ilə Oktyabırın 26-sı) Silahlı Qüvvələrin Ali Komandanı olan cənab Heydər Al İbadinin fərmani ilə, Al Anbar əyalətinin qərb nahiyyəsinin o cümlədən Al Qaim şəhərinin azad edilməsinə start vermişlər.

Suriya ilə sərhəd olan Al Qaim şəhərinin 8 gündən az bir müddət ərzində azad edilməsi İraq Silahlı Qüvvələrinin terrorçulara qarşı apardıqları əməliyyatlarda yeni rekordu qırıb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment