Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Şri-Lanka buddistləri Müsəlmanlara qarşı vəhşicəsinə hücuma keçdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 20 Noyabr, 2017 tarixdə Şri-Lanka buddistləri ökənin cənubunda yerləşən Gil şəhərində yaşayan Müsəlman toplumuna qarşı hücuma keçərək, vəhşiliklər törətməyə başlayıblar. Hadisədən sonra, Şri-Lanka ordusu şəhərdə kamendant saatı tətbiq edərək, şəhərdə get-gəl etməyi məhdudlaşdırıb.

Şri-Lanka olisinin bildirdiyinə görə, hadisənin əsas səbəbi ötən gün şəhərin Gintuta məntəqəsində baş verib. Belə ki, sinehalə buddistləri Müsəlmanlara əlbəyaxa olublar. Daha sonra bu hadisə sürətlə yayılaraq şəhərin digər məntəqələrinə də sirayət edib.

Sinehalə buddistləri Müsəlmanların ev və yaşayış mənzillərinə, mağaza və s. obyektlərinə hücum çəkərək 60 yaşayış mənzilə od vurub yandırıblar.

Şri-Lanka polisinin spikeri isə, məsələyə aydınlıq gətirərək deyib: “Çox kiçik bir radikal qruplaşma törətdikləri hadisənin video və fotolarını çəkib sosial şəbəkələrdə paylaşaraq, Müsəlmanlar ilə buddistlər arasında yaşanan süni konflikti şişirdib buddistlərlə Müsəlmanlar arasında düşmənçilikin olduğunu göstərmək istəyirlər. Hələlik hər iki tərəfdən 19 nəfər şayeə yayan ünsürlər yaxalanıb.”

Şri-Lanka nazirlərindən biri olan Saqala Rante isə, belə deyib: “Bri qrup siyasi insanlar səy göstərirlər ki, xırda bir küçə savaşını buddistlərlə Müsəlmanlar arasında baş verən böyük bir ixtilaf kimi göstərsinlər.”

Qeyd edək ki, Şri-Lankada əhalinin 71%-i buddist, 9%-i isə Müsəlmanlardır. İfratçı və irqçi buddistlər o cümlədən “Budu Bala Sana” irqçi buddistlər sabiq dövlətin hakimiyyəti zamanı, prezident Matipila Racapakesin dövründə güclənməyə başlayaraq qüdrətə çatdılar. Bu radikal qruplaşma 2010-ci ildən 2015-ci ilə kimi Müsəlmanların ticarət mərkəzlərinə hücum edərək qarət etməyə başlamışlar. Alutqama və Buruvala şəhərlərində isə, buddist yürüşləri zamanı 2014-cü ildə 4 Müsəlman həlakətə yetirilmiş və 100-dən artıq Müsəlman isə ağır dərəcəli bədən və ruhi xəsarətlər alaraq yaralanmışdır. Bu hadisədən sonra prezident Matipila Racapakesi irqçilərə və radukal buddistlərə dəstək verməkdə, hətta onları bu kimi cinayət motivlərinə təşviq etməkdə ittiham olunmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment