Azəri
Monday 6th of May 2024
0
نفر 0

XÜSUSİ NAİBLƏR

XÜSUSİ NAİBLƏR

 XÜSUSİ NAİBLƏR

İmam Məhdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir[1]. Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar:

Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır.

Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Məhdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur[2].

Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Məhdi (əc.) onun barəsində buyurmuşdur:

انه ثقتى و كتابه كتابى

“O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır"[3].

O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür.

Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.”[4]

O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu[5].

Əli ibn Məhəmməd Seymuri:[6] Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır.

Ölümündən altı gün qabaq İmam Məhdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir[7].

Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur[8].


[1] Müntəxəbül-əsər, səh:358.

[2] Həyatul-İmam əl-Məhdi, Qürəşi, səh:121-123; Biharul-ənvar, c.51, səh:. 344.

[3] Tənqih əl-muqal, c.3, səh: 149.

[4] Məraqidül-məarif, c. 1, səh: 25.

[5] Müntəxəbül-əsər, səh: 393.

[6] "Səmuri" daha düzgün nəzərə çarpır (müt.).

[7] Biharul-ənvar, c. 51, səh: 361.

[8] Yenə orada, səh: 360.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Musanın (ə) göstərdiyi möcüzədəki ilanla əlaqədar Quranda “seban”, ...
Şəxsiyyətin anomaliyası və bununla mübarizə yolları
İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ
Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri

 
user comment